Evində tikdi, qapı-qapı gəzib mallarını satdı, dünyanın ən varlı adamı oldu
Atası dəmir yolu işçisi olub. İş həyatına tikiş sexlərində işləyərək başlayıb. Yeri gələndi evində tikib, qapı qapı gəzib mallarını satıb. Amma bir gün aldığı 40 dollarlıq borc həyatını dəyişib. "Marja.az", moda nəhəngi Zara-nın banisi Amancio Ortega-nın maraqlı həyat hekayəsini təqdim edir
Zara, Pull & Bear, Bershka, Massimo Dutti, Stradivarius, Oysho kimi geyim markalarının sahibi olan Amancio Ortega təxminən 85 milyard dollarlıq sərvətiylə dünyanın ən varlı adamıdır.
81 yaşlı Amancio Ortega-nın varlı olması asan olmayıb. Multimilyarder iş adamının həyat hekayəsi, 1936-ci ildə İspaniyanın Busdongo de Arbas qəsəbəsində başlayıb.
Atası dəmir yolu işçisi olan Ortega, 14 yaşında çatanda ailəvi A Coruna-ya köçmələrinin ardından liseyi buraxıb bir emalatxanasında çalışmağa başlayaraq toxuculuq işini öyrənmişdir.
36 yaşına gəldikdə La Maja mağazasında ev geyimi (pijama) istehsal edib satmaq üçün Goa adlı bir şirkət yaradan Ortega yavaş-yavaş işləri böyütməyə başlayır.
Sonra bir moda evinə keçən Ortega, burada tikiş ustalığının incəliklərini öyrənir və sektorun müştəriyə sırıdığı dəb anlayışından çox müştərinin dəbi müəyyən etdiyi bir iş modeli üzərində düşünməyə başlayır.
2001-ci ildə ikinci həyat yoldaşı Flora ilə evlənmədən əvvəlki, 1966-da həyatını birləşdirdiyi xanımı Rosalia Meranı da bu əsnada tanıyır. Ögey qardaşının evində tikişə başlayan Ortega və ilk xanımı Rosalia prijamaları qapı qapı gəzib satırlar.
İşini böyütmək istəyən Ortega, bir banka gedərək kredit almağa qərar verir. 2000 peseta yəni təxminən 40 dollar borc alaraq başladığı gecəlik geyimi işi, Ortega-nın hazırkı sərvətini qazanmasında ilk addımdır.
Ortega, 1986-da boşandığı, 2013-ci ildə də vəfat edən Rosalia ilə bal ayını keçirdiyi Xorvatiyanın Zadar şəhərindən ruhlanaraq ilk markasının adını Zadar qoyur. Daha sonra bunu Zara olaraq dəyişir.
José María Castellano adlı keşmiş IBM işçisindən aldığı məsləhət Ortega-nın həyatını dəyişdirir. Bütün işləri rəqiblərindən 20 il əvvəl rəqəmsallaşdıran Zara, bu sayədə məhsuldarlığını artırmışdır.
Digər markaların bazara yeni məhsul çıxararaq dəb fikri yaratması 40 həftə çəkərkən, Ortega, qurduğu sürətli dəb metodu ilə ən çox 15 gün ərzində bunu həll edə bilir.
Zara mağazalarına hər həftə 5 milyon məhsul göndərilir. Zara məhsullarının yarısı İspaniyada istehsal olunur və ölkədəki anbarı düz 5 milyon kvadrat metrdir. Bu, Amazon-un anbarından 9 dəfə böyükdür.
Hər bir işçinin zamanla yarışdığı Zara-da işçilər hər 38 dəqiqədə 1 qadın geyimi istehsal etmək məcburiyyətindədir. Bu zaman keçildiyi təqdirdə marka zərər etməyə başlayır.
Ortega, orta hesabla 9 avroya başa gələn məhsulları 30 avro ətrafında bir orta qiymətlə satır.
Ortega işə can yandıran adam kimi tanınır. 25 ildir ki, məzuniyyətə çıxmadığı söylənir və çox maraqlı vərdişləri də var.
81 yaşlı iş adamı səhər yeməklərini şirkət kafesində yeyir və deyilənlərə görə də hər səhər də qəhvəsini eyni yerdən alır.
Qalstuk taxmaqdan nifrət edən Amancio Ortega, mavi bir gödəkcə və açıq rəng köynək geyinməyi sevir. Maraqlı olan isə öz markasını geyinməməsidir.
Ortega, bu günə qədər yalnız 3 jurnalistə müsahibə verib. Kameralardan xoşlanmayan Ortega şəxsi həyatını sirr saxlayır.
Ortega ailəsilə birlikdə A Corunada Atlantik Okeanı sahilində yaşayır və evinin şəkilini hələ çəkən yoxdur.
Ortega-nın xobbisi arasında ata minməyin xüsusi yeri var.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
2 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 2 gün əvvəl
-
2 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
2 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb









.jpg)











