"Kapital Bank bahalı bank deyil"
"Kapital Bank bahalı kreditlər təklif edən bank deyil. Doğurdan da, bu, belədir. Biz davamlı olaraq bazar payımızın nə qədər dəyişməsini, digər bankların kredit şərtlərini və hansı formalarda təqdim etdiklərini izləyirik".
Marja.az xəbər verir ki, bunu "Kapital Bank" ASC-nin İdarə Heyətinin sədri, Baş İcraçı Direktoru Fərid Hüseynov mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, "Kapital Bank" kredit faizləri ilə bazarın orta göstəricisində qalmağa çalışır:
"Bizim xüsusi seqment müştərilər üçün çox aşağı faizli kreditlərimiz də var. Məsələn, təqaüdünü "Kapital Bank" vasitəsilə alan təqaüdçülərə təklif edilən krediti qeyd edə bilərəm. Həm onların kartları bizdədir, həm də bu bir sosial məsələdir. Həmçinin, müxtəlif kampaniyalar ilə daha aşağı faizli kreditlər təklif edirik. Bundan başqa, müştərinin kredit davranışlarına, risk profilinə uyğun da individual faiz dərəcəsi tətbiq edirik. Əgər müştəri əvvəlki kreditləri vaxtında qaytarıbsa, onun növbəti kreditində faiz dərəcəsi nisbətən daha aşağı olur".
"BELƏ TƏƏSSÜRATIN YARANMASININ SƏBƏBİ "KAPİTAL BANK"IN MÜŞTƏRİLƏRİNİN ÇOX OLMASIDIR"
"Kapital Bank" ASC-də İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Emin Məmmədov da bildirib ki, "Kapital Bank"ın kredit faizləri bazarın orta dərəcələrinin üzərində deyil, ortalarındadır:
"Bəzən hətta orta göstəricidən də daha aşağı olur. ""Kapital Bank"ın kreditləri bahalıdır" təəssüratının yaranması bankımızın müştərilərinin çox olması ilə əlaqədardır. Müəyyən müştərilər həmişə daha aşağı faizlər ilə kredit istəyirlər. Biz davamlı olaraq bazarı izləyirik, müştərilərə bazarın orta göstəricisində və daha aşağı faizlər təklif etməyə davam edirik".

Emin Məmmədov 10 aylıq maliyyə nəticələrindən bəhs edərək bildirib ki, 2024-cü ilin oktyabr ayının sonunda "Kapital Bank" ASC-nin cəmi aktivləri 10,1 milyard manat təşkil edib. Bu, 2023-cü ilin sonu ilə müqayisədə təxminən 15% çoxdur. 2023-cü ilin sonunda "Kapital Bank" ASC-nin cəmi aktivləri 8,8 milyard manata bərabər idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 7 d. əvvəl
-
-
24 d. əvvəl
Azərbaycana 4 ayda təxminən 100 milyon dollarlıq buğda idxal olunub -10 FAİZ ARTIB
- 46 d. əvvəl
-
49 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb







.jpg)








.jpg)








