"Kapital Bank": 2024-də kiberhücumlar 2 dəfə artıb
2024-cü ildə kibercinayətkarlar tərəfindən "Kapital Bank"ın 140 min müştərisinin vəsaitlərinin mənimsənilməsi üçün 200 min sayda hücum cəhdi olub.
Marja.az xəbər verir ki, bunu "Kapital Bank" ASC-də İdarə Heyətinin üzvü, Baş Risk İnzibatçısı Cavid Mirzəyev 2024-cü ilin 11 ayının nəticələri və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib.
O qeyd edib ki, "Kapital Bank"ın kibertəhlükəsizlik tədbirləri sayəsində hücmların qarşısı qarşısı alınıb.
"2023-cü illə müqayisədə 2024-cü ildə kiber hücumların sayı 2 dəfə artıb. Bu il 100 sayt bizim müraciətimiz əsasında bloklanıb", - Cavid Mirzəyev qeyd edib.
Onun sözlərinə görə, dələduzluq ssenariləri ilə üzləşən müştərilər maliyyə itkiləri ilə də qarşılaşırlar: “Belə halların qarşısını almaq üçün Bank hesablarına müdaxilənin qarşısını almaq məqsədilə təhlükəsizlik nəzarətləri son dərəcə təkmilləşdirilib. Bu yeniliklərin 2025-ci ilin birinci rübündə istifadəyə verilməsi planlaşdırılır. Bundan əlavə, bank məhsullarının təhlükəsizliyinin təmin olunması istiqamətində də bir sıra tədbirlər həyata keçiririk və bu sahədə 3 əsas istiqamətə fokuslanırıq: Bank tərəfindən yazılan kodun təhlükəsizliyinin təmin olunması, bankın serverlərinin əməliyyat sistemi səviyyəsində təhlükəsizliyinin təmin olunması, 7/24 kiber təhlükəsizlik üzrə nəzarət mexanizmlərinin bir çox proseslərdə yalnız manual deyil, avtomatldırılmış icrası, eləcə də bankın məhsullarının və infrastrukturunun avtomatlaşdırılmış qaydada təhlükəsizliyinin təmin edilməklə risklərin minimuma endirilməsi".
Cavid Mirzəyev edib ki, "bu istiqamətlərdə təhlükəsizlik addımlarının atılması həm bankımızı maliyyə itkilərindən qoruyur, həm də müştərilərimizin keyfiyyətli və təhlükəsiz bank xidməti almasını təmin edir”.
"Həmçinin IRM layihəsi çərçivəsində Bankda informasiya risklərinin idarə edilməsi üçün yetkinliyin yüksəldilməsi üzrə göstərici son iki ildə 2.68-dən 3.55-ə qaldırılmışdır. Belə ki, qabaqcıl təcrübələrə əsasən Avropa banklarında bu göstərici 3.5-dən yuxarı olması tövsiyə olunur. Eləcə də Birbank mobil tətbiq və bankın rəsmi sosial media platformalarında müxtəlif formatlarda (video, post, story) müştəri təhlükəsizliyi istiqamətində hər rüb məlumatlandırma aparılmış, müştərilərin kiber ayıq-sayıqlıq səviyyəsi artırılmaqdadır",- Cavid Mirzəyev əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 25 d. əvvəl
-
- 29 d. əvvəl
- 31 d. əvvəl
- 33 d. əvvəl
- 37 d. əvvəl
- 39 d. əvvəl
-
51 d. əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım







.jpg)







.jpg)







