DSMF-nin 2025-ci il büdcəsi haqqında qanunu qəbul edildi
Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsinin gəlir və xərcləri 7 milyard 676 milyon 420 min manat məbləğində proqnozlaşdırılır.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Bu, 2024-cü illə müqayisədə 726 milyon 560 min manat, yaxud 10,45 faizdən çoxdur.
Layihəyə əsasən, gələn il DSMF-nin xərclərinin maliyyələşmə mənbəyi aşağıdakılardır:
-Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsinin gəlirləri - 7 milyard 617 milyon 400 min manat;
-Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən - 59 milyon 20 min manat.
Fondun 2025-ci il üçün məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərinin həcminin 5997,40 mln. manat və ya gəlirlərin 78,73 faizi qədər təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da 2024-cü ilin təsdiqlənmiş proqnoz məbləği göstəricisi ilə müqayisədə 519,26 milyon manat və ya 9,48 faiz çoxdur.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
XXX
İşsizlikdən sığorta fondunun 2025-ci il üzrə gəlir və xərcləri 260 milyon 700 manat məbləğində proqnozlaşdırılır.
APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
İşsizlikdən sığorta fondunun 2025-ci il üzrə xərclərinin maliyyələşmə mənbəyi aşağıdakılardır:
- İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsinin gəlirləri - 206 milyon 400 min manat;
- İşsizlikdən sığorta fondunun 2025-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən - 54 milyon 300 min manat.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























