IM L6 və IM L7 elektromobil modelləri də Bakıya gətirildi - QİYMƏTLƏR
Rəsmi idxalçı yenilənmiş flaqman lüks sedan IM L7 və tam yeni idman üslublu liftbek IM L6 modellərini təqdim edir. Artıq satışda! Alanda belə elektomobillər seçmək lazımdır - LÜKS, GÜCLÜ, MAKSİMAL YÜRÜŞ VƏ UNİKAL FUNKSİYALAR(®) Elektrik avtomobillərinin rəsmi idxalçısı “ONVOLT” şirkəti “IM Motors ” Elektromobil markasının yeni “IM L6“ və “IM L7“ modellərini təqdim edir.
Çinin ən nəhəng avtomobil konserni “SAIC Motor” “Alibaba Group” və “Zhangjiang Hi-Tech” şirkətləri ilə birgə istehsal etdiyi “IM Motors” elektrik avtomobilləri markasının Azərbaycanda rəsmi idxalçısı “ONVOLT” MMC, brendə aid olan yenilənmiş flaqman sedan IM L7 və tam yeni idman üslublu liftbek IM L6 modellərini təqdim edib.


Bu barədə "ONVOLT" şirkətinin Direktor Müavini Nəzmi İsmayılov məlumat verib.
O Bildirilib ki, tam elektrikli, 4931/1960/1474 ölçülərində olan IM L6 dörd fərqli konfiqurasiyada təqdim edilir və təchizatdan asılı olaraq 294-dən – 787-dək at gücünə və 650 - 850 km-dək maksimal yürüş imkanlarına malikdir.
Qiymətlər 65 min 790 manat – 82 min 790 manat aralığında dəyişir.

Flaqman sedan IM L7 isə 5108/1960/1485 ölçülərə, 2 konfiqurasiyada olmaqla 340 və 578 at gücünə, 625 və 708 km maksimal yürüş imkanlarına malikdir. Qiymətlər 82 min 790 manat və 89 min 590 manat təşkil edir.
Avtomobillərə 4 il və ya 100.000 km batareyalarına isə 8 il və ya 200.000 km zəmanət verilir.

Qeyd edək ki, peşəkar avtomobil satışı və texniki xidmət göstərilməsi sahəsində geniş təcrübəyə malik komandası olan “ONVOLT” MMC, həm də, “Skywell” elektrik avtomobillərinin də Azərbaycanda rəsmi idxalçısıdır.
“ONVOLT” MMC təmsil etdiyi avtomobillərə professional texniki xidmət göstərilməsi üçün müasir avadanlıqlarla təchiz olunmuş texniki qulluq mərkəzinə və ehtiyat hissələri anbarına malikdir.
Ətraflı məlumat üçün +994 99 440 0007 əlaqə saxlayıb və ya Ceyhun Hacibəyli 194 ünvanına yaxınlaşa bilərsiniz.
İnstagram: immotors.azerbaijan
IM L6
IM L7
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 7 saat əvvəl
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
10 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
10 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 10 saat əvvəl
-
11 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb




















