Trampın oğlundan Bitcoin proqnozu: Əminəm ki, qiyməti 1 milyon dollara çatacaq
Bitcoin MENA konfransında çıxış edən ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın oğlu Erik Tramp Bitcoin-in qiymətinin1 milyon dollara çatacağını və hər kəsin diqqətini daha çox çəkəcəyini bildirib. Erik Tramp ABŞ-ın kriptovalyuta üçün qlobal mərkəz olacağını, Bitcoin-in isə inqilabi bir aktiv olduğunu söyləyib.Prezidentliyi dövründə kriptovalyutalara qarşı daha skeptik (şübhəli) mövqe tutan Donald Tramp 2024-cü il seçkilərindəki qələbəsindən sonra bu sahəyə daha dəstəkləyici yanaşmağa başlayıb.
Marja xəbər verir ki, Donald Trampın oğlu Erik Tramp (Eric Trump) Bitocin MENA konfransına qatılanlara diqqət çəkən açıqlamalar verib.
20 yanvar 2025-ci il tarixində vəzifəsinin icrasına başlayacaq Donald Tramp kriptovalyuta aktivlərinə qarşı dəstək siyasəti aparacğını vəd edib.
Bitcoin MENA konfransında çıxış edən Donald Trampın oğlu Erik Tramp Bitcoin-ə olan sevgisini və onun gələcək potensialına inandığını bildirib.
Erik Tramp deyib: “Bitcoin çox xoşuma gəlir. Onun bizim qəlbimizdə çox xüsusi yeri var. Bu gələcəkdir. Bitcoin 100 min dollara çatanda bir çox insanın gözünü açdığını gördük. Mən əminəm ki, Bitcoin-in qiyməti 1 milyon dollara çatacaq və daha çox insanın diqqətini cəlb edəcək".
“Bitcoin hər şeydən güclü olmaq potensialına malikdir”
Bitcoin-in maliyyə dünyasında köklü dəyişiklik yaratdığını vurğulayan Tramp, “Bürc Xəlifənin tikintisi üçün betonumuz Çikaqodan gəldi. Ailəmiz daşınmaz əmlak sənayesində köklü bir tarixə malikdir. Lakin biz ilk dəfədir ki, belə bir inqilabi aktiv görürük. Bitcoin indiyə qədər gördüyümüz hər şeydən daha güclü olmaq potensialına malikdir", - deyib.
“ABŞ qlobal kriptovalyuta mərkəzi olacaq”
Erik Tramp deyib ki, o, atası Donald Trampın “kripto-prezident” olacağına və ABŞ-ı kriptovalyuta sənayesində qlobal mərkəzə çevirəcəyinə inanır. Gary Gensler və digər adların kripto sənayesinə qarşı "müharibə" apardığını qeyd edən Tramp, atasının bu sənayeni dəstəkləməkdə qərarlı olduğunu bildirib.
“Bu, həqiqətən maliyyənin gələcəyidir” deyən Tramp, atasının rəhbərliyi altında Amerikanın kriptovalyuta sahəsində qabaqcıl olacağını vurğulayıb. O, həmçinin Donald Trampın kriptokonfransda çıxış edəcək ilk prezident olacağını bəyan edərək, bunun onun sənayeyə dəstəyini göstərəcəyini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 33 d. əvvəl
-
1 saat əvvəl
Qızılın qiyməti İran gərginliyi və gömrük tarifləri fonunda 5200 dollara yüksəlib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
BOKT-un nizamnamə kapitalı 3 milyon manatı aşıb
Azərbaycan neftinin son qiyməti
“Zirə Gülçülük” şirkətinin gəliri və xalis mənfəəti azalıb
Xocalı soyqırımından 34 il ötür
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib

















