Daha 4 şirkət xidmətlərini SİMA vasitəsilə rəqəmsallaşdırdı
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA rəqəmsal həllər platformasının tərəfdaş çevrəsi genişlənməkdə davam edir.
SİMA vasitəsilə xidmətlərini rəqəmsallaşdıran növbəti qurumlar “Ferrum Capital”, “Aze Bilişim Finans”, “Home Finance” və “Data Support” MMC-lər olub.
“Ferrum Capital” şirkəti “SİMA KYC” rəqəmsal həlli ilə müştərilərin avtorizasiya olunması xidmətini rəqəmsallaşdırıb. İstifadəçilər platformaya keçid etdikdən sonra limitlərinə nəzarət etmək, investisiya etmək, ödənişlər həyata keçirmək və ödəniş tarixçələrini izləmək kimi bir çox əməliyyatları icra edə bilərlər.
“Aze Bilişim Finans” MMC-nin istifadəçiləri “SİMA KYC” rəqəmsal həlli ilə qeydiyyat, şəxsiyyətin təsdiqlənməsi, müqavilə imzalanması və məxaric əməliyyatlarını rəqəmsallaşdırıb.
“Home Finance” MMC bank olmayan kredit təşkilatı kimi kredit müqavilələrinin imzalanması xidmətini “SİMA İmza” vasitəsilə onlayn formaya keçirib.
“Data Support” MMC isə daxili sənəd dövriyyəsini “SİMA İmza” vasitəsilə rəqəmsallaşdırıb.
Qeyd edək ki, SİMA ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, qurumların iş yükü və xərcləri azalır. “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. “SİMA İmza” mobil tətbiqini yükləməklə əldə olunan yeni nəsil rəqəmsal imza vətəndaşlar üçün ödənişsizdir. “SİMA KYC” isə qurumlar və istifadəçilər arasında rəqəmsal körpü rolunu oynamaqla şəxsin identifikasiyasını real vaxt rejimində əldə etmək imkanı yaradır. Bu həll vətəndaşın şəxsiyyətini təsdiqləmək üçün lazım olan bütün proseslərdə tətbiq oluna bilər. SİMA məhsulları ilə bağlı ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur












.jpg)






