Frananın "TotalEnergies" şirkəti Almaniyanın "VSB Group" şirkətini 1,6 milyard avroya satın alır
Fransanın enerji şirkəti TotalEnergies, Almaniyanın bərpa olunan enerji istehsalçısı VSB Group-u 1,57 milyard avroya almaq üçün razılığa gəldiyini açıqlayıb.Fransanın "TotalEnergies" şirkəti Almaniyanın "VSB Group" şirkətini satın alır.
Marja.az "TotalEnergies" şirkətinin açıqlamasına istinadən xəbər verir ki, "VSB Group"un sahibi olan İsveçrənin "Partners Group' şirkəti "Total Energies"in 1,57 milyard avroluq alış təklifini qəbul edib.
"TotalEnergies" Almaniyanı inteqrasiya olunmuş enerji biznesi üçün prioritet inkişaf bazarı kimi müəyyən edib. Bu alış həm də şirkətin quruda külək enerjisi potensialını gücləndirmək məqsədi daşıyır.
1,57 milyard avroluq alışın lazımi icazələrdən sonra gələn il başa çatdırılması gözlənilir.
500 nəfərin çalışdığı VSB, əsasən Almaniya, Polşa və Fransada külək, günəş və enerji saxlama texnologiyalarından ibarət 18 gigavat enerji gücünə malikdir.
"TotalEnergies" 24 giqavat quraşdırılmış bərpa olunan enerji gücünə malikdir və gələn ilə qədər ona 11 giqavat əlavə etməyi planlaşdırır. Fransız şirkəti 2030-cu ilə qədər quraşdırılmış bərpa olunan enerji gücünü 100 giqavata çatdırmağı hədəfləyir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 15 saat əvvəl
-
- 15 saat əvvəl
-
17 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























