Çindən Orta Dəhlizlə Azərbaycan istiqamətində 300-cü blok-qatar yola salınıb
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM – Orta Dəhliz) ilə Çin Xalq Respublikasından Azərbaycan istiqamətində 300-cü konteyner blok-qatarı göndərilib.
Azərbaycan Dəmir Yollarının yaydığı məlumatda bildirilir ki, Çinin Sian şəhərində yerləşən Qazaxıstan–Çin terminalından hərəkətə başlamış qatarın Qazaxıstan Respublikasının ərazisindən keçməklə 8-10 dekabr tarixlərində Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatacağı gözlənilir.
Blok-qatarın təşkili Orta Dəhliz üzrə əsas tərəfdaşlar olan “ADY Express” və “Xi'an Free Trade Port” şirkətinin əməkdaşlığı çərçivəsində həyata keçirilib.
Qeyd edilib ki, bu dəhliz üzrə 300-cü blok-qatarın Çin–Qazaxıstan–Azərbaycan marşrutu ilə yola salınması əvvəlki illərin göstəricilərini əhəmiyyətli dərəcədə üstələyir və TBNM-in sürətli inkişafını, həmçinin beynəlxalq daşımalar üçün artan əhəmiyyətini təsdiqləyir.
Hazırkı dövrə qədər TBNM vasitəsilə Çindən daşınan yüklərin həcmi 20 futluq konteyner ekvivalentində 27 min konteyneri keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25 dəfə çoxdur.
"Analoji artım yükgöndərənlərin Çinlə Avropa arasında Qazaxıstan və Azərbaycan əraziləri vasitəsilə sürətli və səmərəli bağlantını təmin edən əsas nəqliyyat marşrutlarından biri kimi TBNM-ə artan marağını nümayiş etdirir. Qeyd edək ki, 2025-ci il üçün Çindən Azərbaycan və Avropa istiqamətində göndərilən blok-qatarların sayının 3 dəfədən çox artırılaraq il ərzində 1000-ə çatdırılması planlaşdırılır", -məlumatda deyilir.
Çindən Azərbaycana yük göndərişi ilə yanaşı, əks istiqamətdə də yükdaşımaya başlanılıb. Belə ki, noyabrın 24-də ilk dəfə olaraq ixrac yükləri Bakıdan dəmiryol nəqliyyatı ilə Çinə yola salınıb.
62 ədəd 40 futluq konteynerdən ibarət Bakı–Sian ilk ixrac blok-qatarı multimodal olaraq Qazaxıstan üzərindən Çinin ən böyük quru limanlarından biri olan Sian limanına çatdırılacaq. Layihə çərçivəsində ilkin olaraq bu ilin sonunadək ümumilikdə 15 min ton, yəni 600 konteyner ixrac yükünün qeyd olunan marşrutla Çinə göndərilməsi planlaşdırılır.
Çin–Azərbaycan və Azərbaycan–Çin istiqamətləri üzrə yükdaşımalar Orta Dəhlizin Şərq-Qərb-Şərq marşrutu kimi formalaşmasını sürətləndirməklə yanaşı, yük sahibləri üçün hər iki istiqamətdə sürətli, təhlükəsiz və səmərəli xidmətləri əlçatan edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)







