PAŞA Kapital-da “SİMA İmza” ilə onlayn hesab açmaq imkanı
(®) PAŞA Kapital İnvestisiya Şirkəti müştərilərinə xidmətlərindən daha rahat və sürətli istifadəni təmin edəcək yeni bir əməkdaşlığa start verib.
Belə ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC ilə əməkdaşlıq çərçivəsində, “AzInTelecom” tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza texnologiyası PAŞA Kapital-ın onlayn investisiya hesablarının açılması xidmətinə uğurla inteqrasiya olunub.
Artıq yerli və xarici maliyyə bazarlarına investisiya etmək istəyən şəxslər “SİMA İmza” ilə PAŞA Kapital şirkətinin veb saytında və ya “PASHA Capital” mobil tətbiqində rahatlıqla hesab aça bilərlər. Bu əməkdaşlıq sayəsində PAŞA Kapital şirkətinin xidmətlərindən istifadə edən müştərilərin müqaviləni imzalaması üçün xidmət ofisinə getməsinə ehtiyac qalmır. Müştəri heç yerə getmədən, günün istənilən saatında sadəcə öz məlumatlarını onlayn formada daxil edərək investisiya hesabı aça və ticarətə başlaya bilər.
Hesab açdıqdan sonra müştərilər PAŞA Kapital platforması üzərindən qlobal birjalara çıxış imkanı əldə edir, şirkətin təqdim etdiyi xidmətlərdən rahatlıqla yararlana bilirlər. Bunlara yerli və xarici bazarda istiqraz, səhm və not alışı, beynəlxalq valyuta ticarəti, əmtəələr, kriptovalyuta, indekslər, eləcə də ETF (Birjada ticarət olunan fondlar) və CFD (fərq müqavilələri) kimi investisiya fəaliyyətləri daxildir.
Real hesab açaraq investisiya dünyasına addım atmaq istəyənlər bu linkə keçid edərək PAŞA Kapital İnvestisiya Şirkətinin xidmətlərindən faydalana bilər. Şirkətin təqdim etdiyi məhsul və xidmətlərə dair daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az saytına daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub























