SOCAR “M-Gaz” şirkəti ilə birgə istehlakçılara birbaşa təbii qazın tədarükünə başlayıb
Bolqarıstanın qaz istehlakının 50%-ni təchiz edən SOCAR, ölkənin qaz bazarında iştirakını genişləndirərək daxili paylama sektorunda təxminən 7,5% paya sahib olmağı hədəfləyir.Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “M-Gaz” şirkəti ilə birgə Bolqarıstanın Ruse vilayətində sosial istehlakçılara birbaşa təbii qazın tədarükünə başlayıb.
SOCAR “M-Gaz” şirkəti ilə birgə Bolqarıstanın Ruse vilayətində sosial istehlakçılara birbaşa təbii qazın tədarükünə başlayıb. SOCAR, “M-Gaz” və Ruse bələdiyyəsinin birgə həyata keçirdiyi və SOCAR-ın lazımi həcmdə təbii qaz tədarük etməyi öhdəsinə götürdüyü “hibrid qazlaşdırma” pilot layihəsinin əsas benefisiarı Ruse bələdiyyəsinin Nikolovo kəndində yerləşən “St. St. Cyril and Methodius” ibtidai məktəbidir.
Məktəbdə sıxılmış təbii qaz (CNG) qurğusunun tikintisinin başa çatması münasibətilə təşkil olunan mərasimdə SOCAR-ın Balkanlar üzrə regional ofisinin rəhbəri Murad Heydərov, Ruse şəhərinin meri Penço Milkov və M-Qaz şirkətinin baş icraçı direktor Stoyan Manolov iştirak ediblər.
Bu, SOCAR ilə “M-Gaz” şirkəti arasında 21 iyun 2024-cü il tarixində Bolqarıstanda sənaye müəssisələrinə təbii qaz tədarükünə başlanılması ilə əsası qoyulan uğurlu tərəfdaşlığın davamıdır.
Yaxın bir neçə ayda Ruse vilayətində daha 10 məktəb və uşaq bağçasının SOCAR-dan təbii qaz alması planlaşdırılır. Bu layihə Rusedə karbon emissiyalarını və enerji xərclərini azaltmağa kömək edəcək.
Ölkənin qaz istehlakının 50%-ni təchiz edən SOCAR Bolqarıstanın qaz bazarında iştirakını genişləndirərək daxili paylama sektorunda təxminən 7,5% paya sahib olmağı hədəfləyir.
SOCAR bu ölkənin bir sıra bələdiyyələrində iqlimə daha uyğun təbii qazın tədarükünü həyata keçirməklə, tədricən ənənəvi enerji mənbələrindən (mazut, linyit, dizel) imtina edilməsi, Bolqarıstanın iqlimin qorunması strategiyasının həyata keçirilməsi və karbon emissiyalarının azaldılması istiqamətlərindəki səylərinə töhfə verir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 16 saat əvvəl
-
- 17 saat əvvəl
-
18 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























