Beynəlxalq maliyyə qurumu Azərbaycan bankına 20 milyon dollar kredit ayırdı
IFC "Bank Respublika"ya mikro, kiçik və orta sahibkarlara və aşağı gəlirli ev təsərrüfatlarına kreditlərin verilməsi və iqlimin maliyyələşdirilməsi layihələrinin genişləndirilməsi üçün 20 milyon dollar məbləğində kredit ayırır.
Beynəlxalq Maliyyə Korporasiyası (IFC), mikro, kiçik və orta sahibkarlığın (MKOS), aşağı gəlirli ev təsərrüfatlarının maliyyəyə çıxışını artırmaq və ölkədə iqlimin maliyyələşdirilməsi təşəbbüslərini dəstəkləmək məqsədilə Azərbaycanın aparıcı maliyyə institutu olan "Bank Respublika"ya 20 milyon ABŞ dolları məbləğində yerli valyutada maliyyə vəsaiti ayırır.
Bu barədə İFC məlumat yayıb.
Qeyd edilib ki, Azərbaycan 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmağı öhdəsinə götürmüşdür; hal-hazırda isə bu məqsədə 2035-ci ilə çatmağı hədəf kimi təyin edib. Dünya Bankı Qrupunun Ölkə İqlimi və İnkişaf Hesabatına əsasən karbonsızlaşdırma və dayanıqlılığa nail olmaq üçün 2060-cı ilə qədər 44 milyard dollar və ya ildə təxminən 1,35 milyard dollar həcmində təxmin edilən əhəmiyyətli investisiyalar tələb olunacaq.
Maliyyə sektorunun artım üçün əhəmiyyətli potensial təqdim etməsi ilə bərabər sözügedən maliyyə ehtiyacları ilə daha sıx uyğunlaşmasına ciddi ehtiyac var. IFC, dayanıqlı inkişafın idarə edilməsində sektorun rolunu gücləndirmək üçün bu növ kreditləşdirmənin effektivliyini nümayiş etdirməyə çalışır. Sözügedən səyləri dəstəkləmək məqsədilə IFC-nin Bank Respublika-ya təqdim etdiyi yeni kreditin yarısı MKOS və aşağı gəlirli ev təsərrüfatlarının iqlimlə bağlı layihələrinə yönələcək.
İnvestisiya Dünya Bankı Qrupunun Azərbaycanla bağlı strategiyasına uyğundur və xüsusilə iqlimlə bağlı layihələr üçün maliyyəyə çıxışın yaxşılaşdırılmasına üstünlük verir. Ölkə hazırda COP29-a ev sahibliyi edir və iqlimin maliyyələşdirilməsini inkişaf etdirmək və dayanıqlığa əsaslanan islahatları təşviq etmək öhdəliyini nümayiş etdirir. Dayanıqlı investisiyaları istiqamətləndirmək və maliyyə fəaliyyətlərinin ekoloji məqsədlərə uyğunlaşdırılmaq üçün aydın çərçivə təmin etmək məqsədilə Dünya Bankı Qrupunun dəstəyi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı bu yaxınlarda ölkədə ilk Yaşıl Taksonomiyanı işləyib hazırlamışdır.
Azərbaycan 1995-ci ildən IFC-nin üzvüdür. Ötən dövr ərzində IFC Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, maliyyə sektorunun inkişafı, korporativ idarəetmə üzrə məsləhətlər, kiçik və orta sahibkarlıq və aqrobiznes də daxil olmaqla maliyyə xidmətləri, infrastruktur və istehsal sahələrində 60-a yaxın layihəyə təxminən 900 milyon ABŞ dolları sərmayə qoymuşdur.
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
7 d. əvvəl
Azərbaycan və Avropa İttifaqı yüksək səviyyəli iqtisadi işçi qrupu yaradacaqlar
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
20 d. əvvəl
"Sabunçu Bazarı”ın əsas səhmdarının payları qanuni varisi qismində həyat yoldaşına keçir
- 35 d. əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
- 16 saat əvvəl
-
16 saat əvvəl
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
16 saat əvvəl
Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər

"Sabunçu Bazarı”ın əsas səhmdarının payları qanuni varisi qismində həyat yoldaşına keçir

Rəsmi məzənnələr açıqlandı

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Bank 96 ədəd RAM alır

bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi

“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib
