Azərbaycanda "yaşıl istiqrazlar"ın tətbiqi qarşısında duran əsas maneə açıqlanıb
Azərbaycanda "yaşıl istiqrazlar"ın qarşısında duran əsas maneə qanunverici çərçivənin olmamasıdır.
Bunu "PAŞA Bank" ASC-nin İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev COP29 çərçivəsində keçirilən “Cənubi Qafqaz və Mərkəzi Asiyada iqlim maliyyəsinin mənzərəsi” adlı tədbirdə bildirib.
“COP29 öncəsində də "yaşıl istiqrazlar"a maraq var idi. Müzakirə olunacaq əsas məsələlərdən biri "yaşıl istiqrazlar"ın yaradılmasıdır. Lakin bu istiqrazların inkişafına mane olan əsas səbəb qanunverici bazanın yoxluğudur. Müvafiq qanunverici çərçivə olmadan "yaşıl istiqrazlar" bazara təqdim edilə bilməz və biz bu cür məhsulları təklif edə bilmərik. Bu istiqamətdə qanunverici orqanlarla iş aparılır və düzgün həll yolları hazırlanmalıdır ki, istiqrazlar bazara çıxarılanda hər hansı problem yaranmasın", - deyə Nağıyev vurğulayıb.
Onun sözlərinə görə, digər çətinlik isə istiqrazların təbiətindədir: "Yaşıl istiqrazlar" uzunmüddətli maliyyələşməni tələb edən bir alətdir. Lakin bu yalnız bizdə deyil, dünya üzrə geniş yayılmış bir məsələdir”.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 saat əvvəl
-
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti























