COP29 çərçivəsində KOB-ların yaşıl keçidinə dəstək məqsədilə əməkdaşlığa dair sənədlər imzalandı
KOBİA-nın təşəbbüsü ilə hazırlanmış “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi”ni ITC və SEBRAE öz həmrəyliyini ifadə edərək imzalayıblar.Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində KOB-ların yaşıl keçidinin təşviqinə və bu sahədə əməkdaşlığa dair sənədlər imzalanıb.
“Mavi zona”da təşkil olunmuş imzalanma mərasimində “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi” imzalanması üçün beynəlxalq qurum və təşkilatlar üçün açıq elan edilib.
İlk olaraq bəyannaməni Beynəlxalq Ticarət Mərkəzi (ITC), Brazilyanın Mikro və Kiçik Müəssisələrə Dəstək Xidməti (SEBRAE), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və BMT-nin iqlim dəyişikliyi üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai imzalayıblar. Müvafiq təşkilatlar adından sənədi ITC-nin icraçı direktoru Pamela Koxamilton, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və SEBRAE-nın prezidenti Desio Lima imzalayıblar.
Qeyd edək ki, KOBİA-nın təşəbbüsü ilə hazırlanmış “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi” qlobal səviyyədə KOB-ların yaşıl iqtisadiyyata keçidi üzrə birgə səylərin birləşdirilməsi məqsədini daşıyır. Bəyannamə kiçik bizneslərin davamlı biznes modellərinə keçidini dəstəkləmək üçün qlobal əməkdaşlığa çağırır. Bu sənəd kiçik bizneslərə təcrübələri mənimsəməkdə kömək etmək üçün məlumatlılığın və potensialın artırılması, yaşıl maliyyəyə çıxışın yaxşılaşdırılması və innovasiyaların təşviqi öhdəliyini götürür. Bəyannamədə həmçinin, KOB-ların yaşıl təchizat zəncirinə inteqrasiya etməsi və onların xalis sıfır emissiyaya keçidini asanlaşdırmaq üçün əməkdaşlıq və həll yolları vurğulanır.
ITC, SEBRAE və KOBİA tərəfindən imzalanmış digər sənəd üçtərəfli əməkdaşlıq bəyannaməsi adlanır və BMT-nin 2030 inkişaf gündəliyində qeyd edilmiş dayanıqlı və inklüziv iqtisadi inkişafa nail olmaq və KOB-ların aşağı karbon keçidinin asanlaşdırılması üzrə birgə əməkdaşlığın təşviqini nəzərdə tutur.
Həmçinin, tədbir çərçivəsində KOBİA və ITC arasında “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi”ndən irəli gələn məsələlərə, o cümlədən KOB-ların yaşıl keçidinə dəstək, eləcə də KOB-ların inkişafına dair birgə tədbirlərin icrasını nəzərdə tutan Niyyət Protokolu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və ITC-nin icraçı direktoru Pamela Koxamilton imzalayıblar.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov: “KOB-ların yaşıl keçidi onların rəqabət qabiliyyətini və yeni bazarlara çıxış imkanlarını artırmaqla, dayanıqlı inkişafı təşviq edir. İnanırıq ki, KOBİA-nın təşəbbüsü ilə hazırlanmış “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi” qlobal müstəvidə KOB-ların yaşıl keçidinin asanlaşdırılmasına, nəticədə daha yaşıl bir gələcəyin formalaşmasına öz töhfəsini verəcəkdir. Bəyannamənin təşviqinə ITC və SEBRAE-nın dəstəyi xüsusilə önəmlidir. Müvafiq bəyannamənin reallaşdırılması ilə bağlı əsası qoyulan üçtərəfli əməkdaşlıq həmçinin, Azərbaycan KOB-larının müvafiq təşkilatların təcrübəsindən yararlanmasına da imkan verəcək. KOB-ların yaşıl keçidinin asanlaşdırılmasına dəstək olacaq hər üç sənədin COP29 çərçivəsində imzalanması xüsusilə əhəmiyyətlidir və bu, Azərbaycanın ekoloji dayanıqlılığa sadiqliyini bir daha nümayiş etdirir”.
Beynəlxalq Ticarət Mərkəzinin icraçı direktoru Pamela Koxamilton: “Kiçik bizneslər əksər iqtisadiyyatların onurğa sütununu və qlobal təchizat zəncirinin əsas hissəsini təşkil edir. Buna görə də iqlim dəyişikliyi ilə mübarizə məsələlərində KOB-ların fəaliyyəti önəmlidir. KOBİA və SEBRAE ilə birlikdə inkişaf etməkdə olan ölkələrin kiçik bizneslərinin iqlim kontekstində perspektivlərini və çətinliklərini vurğulamağı, yaşıl keçidi idarə edə bilmələri üçün onlara dəstək göstərməyi səbirsizliklə gözləyirik”.
SEBRAE-nin prezidenti Desio Lima: “Kiçik bizneslər təkcə Braziliyada deyil, bütün dünyada imkanları inkişaf etdirmək üçün vacibdir. 2023-cü ildə Braziliyada yaradılan hər on iş yerindən səkkizi mikro və kiçik şirkətlər tərəfindən yaradılıb. Bu il cəlb edilmiş xarici investisiyaların həcminə görə Brazilya dünyada ikinci yeri tutub ki, bu da iqtisadiyyatımızın düzgün inkişaf etdiyini göstərir. İnnovasiya, dayanıqlılıq və inklüzivlik daim aktual olan mövzulardır. Yaşıl keçid yalnız kiçik bizneslərin dəyər zəncirində iştirakı ilə baş verə bilər. Brazilya COP30-a hazırdır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 14 saat əvvəl
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?





















