"Neftin Ceyhandan İsrailə daşınması və Türkiyənin buna icazə verməsi iddiaları tamamilə əsassızdır"
Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi Ceyhan limanından İsrailə neft daşınması ilə bağlı iddiaların “tamamilə əsassız” olduğunu bəyan edib.
Marja.az xəbər verir ki, Nazirliyin yayadığı açıqlamada Bakı-Tbilisi-Ceyhan Xam Neft Boru Kəmərindən (BTC) neft satışı prosesi ilə bağlı aşağıdakılar qeyd olunub:
"Bakı-Tbilisi-Ceyhan Xam Neft Boru Kəməri Türkiyə, Azərbaycan və Gürcüstan arasında 18 noyabr 1999-cu ildə imzalanmış beynəlxalq müqaviləyə və onun əlavəsini təşkil edən Ev sahibi Hökumət Sazişlərinə uyğun olaraq istismar edilir. Kəmərin Türkiyə hissəsinin istismarı "BOTAŞ International AŞ" tərəfindən həyata keçirilir. BTC partnyorları ilə imzalanmış Əməliyyat Sazişində deyilir ki, "müqavilələr çərçivəsində xətti idarə edən "BOTAŞ International AŞ"nin neftin alqı-satqısında heç bir iştirakı və ya sərəncamı yoxdur."
“Neftin Ceyhandan İsrailə daşınması və Türkiyənin buna icazə verməsi ilə bağlı iddialar tamamilə əsassızdır”, - deyilən açıqlamada qeyd olunub ki, nefti BTC vasitəsilə nəql edən və onu Heydər Əliyev Limanından dünya bazarlarına satan şirkətlər Türkiyənin İsraillə ticarəti dayandırmaq qərarına hörmətlə yanaşıblar və çatdırılma (təhvil) məntəqəsi kimi İsraillə heç bir yük daşınmayıb.
XXX
Bakü-Tiflis-Ceyhan Ham Petrol Boru Hattı’ndan (BTC) gerçekleştirilen satışlara ilişkin süreç aşağıda sunulmuştur.
-BTC Türkiye, Azerbaycan ve Gürcistan arasında 18 Kasım 1999’da imzalanan milletlerarası anlaşma ve bunun ekini teşkil eden Ev Sahibi Hükümet Anlaşmaları’na istinaden işletilmektedir.
-Hattın Türkiye kesiminin işletimi BOTAŞ International A.Ş. tarafından BTC ortakları ile imzalanan İşletme Anlaşması çerçevesinde yürütülmektedir.
-Söz konusu anlaşmalar kapsamında hattı işleten BOTAŞ International A.Ş.’nin petrolün alım satımına yönelik herhangi bir dahli ya da tasarrufu bulunmamaktadır.
Petrolü BTC üzerinden taşıtarak Haydar Aliyev Limanı’ndan dünya pazarlarına satışını yapan şirketler, Türkiye’nin İsrail’e yönelik ticarete son verme kararına saygı duymuş ve teslim noktası İsrail olan herhangi bir yükleme gerçekleşmemiştir.
Kamuoyuna saygıyla duyurulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 5 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub





















