FED faiz qərarını açıqladı
ABŞ Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) ABŞ-da keçirilən seçkilərdən sonra ilk faiz qərarını açıqlayıb. FED bazar proqnozuna paralel olaraq pul siyasəti faizini 0,25 faiz bəndi azaldıb. Qərarla ölkədə siyasət faizi 4,50-4,75 faiz aralığına endirilib. ABŞ-da Donald Tramp dövrünün bərpası bazarda FED-in pul siyasəti yolunda daha ehtiyatlı mövqe tuta biləcəyi ilə bağlı şərhlərə səbəb olub.ABŞ Mərkəzi Bank (FED) faiz qərarını açıqladı.
Marja.az xəbər verir ki, FED faizlərini 0,25 bənd də azaldaraq 4,50-4,75 faiz hədəf aralığına endirib.
FED sentyabr ayında faizlərini 0,50 faiz bəndi azaltmışdı.
FED-dən heç bir sürpriz gözlənilmirdi. Bazar da FED-in faizlərini 0,25 faiz bəndi azaldacğını nəzərdə tuturdu. İnvestorların bilmək istədikləri, seçilmiş prezident Donald Trampın təklif etdiyi maliyyə siyasətləri və gömrük tariflərinin FED-in faiz dərəcəsi yoluna necə təsir edəcəyidir.
Wall Street iqtisadçıları Trampın həyata keçirəcəyi gözlənilən siyasətlər ilə əlaqədar olaraq FED-in faiz dərəcələrini seçki öncəsi olduğundan daha az endirəcəyini düşünürlər. JPMorgan Chase & Co. gələn ay da Fed-in 0,25 bəndlik endirim edəcəyini proqnozlaşdırır.
Donald Tramp 20 Yanvar 2025-ci il tarixində and içərək vəzifəsinin icrasına başlayacaqdır.
FED-in yaydığı açıqlamada, “Komitə məşğulluq və inflyasiya hədəflərinə çatmaq üçün risklərin təxminən balanslaşdırılmış olduğuna qərar verdi. Eyni zamanda iqtisadi perspektiv qeyri-müəyyəndir", bildirilir.
Fed rəsmiləri inflyasiyanın mərkəzi bankın hədəfinə doğru “irəlilədiyini” bildirib.
Qərar yekdilliklə qəbul edilib.
Wall Street iqtisadçıları Trampın həyata keçirəcəyi gözlənilən siyasətlər səbəbiylə FED-in faiz dərəcələrini seçki öncəsi olduğundan daha az endirəcəyini düşünür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























