Təbii fəlakətlər nəticəsində itkilər 258 milyard dolları keçib
AON tərəfindən dərc olunan Qlobal Təbii Fəlakətlər Hesabatına görə, 2024-cü ilin ilk doqquz ayında ümumi iqtisadi itkilər (zərər) 258 milyard dolları keçib. Eyni dövrdə sığortalanmış zərərlərin ən az 102 milyard dollara çatacağı təxmin edilir.Qlobal sığorta, təkrarsığorta və digər peşəkar xidmətlər şirkəti Aon, Qlobal Təbii Fəlakətlər Hesabatını dərc edib.
Marja.az hesabata istinadən xəbər verir ki, 2024-cü ilin 3-cü rübündə baş verən fəlakətlər, xüsusilə Atlantik qasırğası, Mərkəzi Avropa və Çində daşqınlar, Şimali Amerikada şiddətli tufanlar ilin ümumi iqtisadi itkilərini artıraraq 258 milyard dollara çatmasına səbəb olub. Qeyd edək ki, 21-ci əsrdə ilk doqquz aylar üzrə orta zərər rəqəmi 276 milyard dollar təşkil edir.
İlk doqquz ayda 47 hadisədə 1 milyard dollardan çox zərər qeydə alınıb. Şimali Amerikada 32, Asiyada 8, EMEA (Avropa, Yaxın Şərq, Afrika) 4 və Cənubi Amerikada 3 hadisə baş verib. Bu günə qədər ən baha başa gələn fəlakət Helene qasırğası olub. Sentyabrda Super Tufan Yagi (Super Typhoon Yagi) isə Cənub-Şərqi Asiyada təxminən 12,6 milyard dollar ziyan vurub. Ən bahalı fəlakətlər arasında digər hadisə Çində baş verən güclü daşqınlar olub.
Təbii fəlakətlərdən qlobal sığorta itkilərinin (sığorta müqavilələri üzrə) 2024-cü ilin ilk doqquz ayında 102 milyard dollara çatacağı gözlənilir ki, bu da 21-ci əsrin orta göstəricisi olan 79 milyard dollardan xeyli yüksəkdir. Milton qasırğasının son zərərinə əlavə olaraq, ilin qalan hissəsində baş verəcək mümkün fəlakətlər səbəbindən bu il ümumi sığorta itkilərinin 2023-cü ildəki 125 milyard dollar səviyyəsini keçəcəyi təxmin edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















