Birbank Umico sahibləri 3 kateqoriya seçimi ilə daha çox bonuslar qazanacaqlar
(®) 1 noyabr 2024-cü il tarixindən etibarən bütün Birbank Umico kart sahiblərinə 3 kateqoriya seçimi təqdim olunur. Bu isə sevimli kateqoriyalardan daha çox Umico bonusu qazanmaq deməkdir.
Birbank Umico kart sahibləri Birbank tətbiqində Umico bölməsinə daxil olaraq istədikləri 3 kateqoriyanı seçməklə ödənişlərdən bonuslar qazana bilərlər. Üstəlik tətbiqdə göstərilən tapşırıqları yerinə yetirməklə daha çox bonus qazanmaq da mümkündür. Noyabr ayında istifadəçilər “Umico.az-da 50 ₼-lik ödəniş”, “QR-la istənilən məbləğdə 3 ödəniş”, “Bravo-da 15 ₼-lik ödəniş” və digər tapşırıqları görə bilərlər.
Noyabr ayında Birbank Umico kart sahibləri market, YDM, restoran və s. kimi bir çox sahəyə uyğun kateqoriyalar seçə bilərlər. Bunlarla yanaşı kateqoriyalar arasında aşağıda sadalananları da görmək mümkündür:
-Umico.az-da alış-veriş: gözəllik, elektronika və s. – 15% bonus
-“Yango” taxi – 6% bonus
-Birbank-da BakıKart QR-bileti yarat – 10% bonus
-“Trendyol” – 5% bonus
3 kateqoriya seçimi Birbank Umico kart sahiblərinə alış-verişlərindən bonus toplayaraq Umico bonus balanslarını sürətlə artırmağa imkan yaradır.
Bonusların sayını həm Birbank, həm m10, həm də Umico tətbiqində izləmək olar. Toplanmış Umico bonusları ilə Umico.az-dan sifariş etmək, Birbank və ya m10 mobil tətbiqlərində kommunal və digər ödənişlər etmək mümkündür.
Birbank Umico kartını Kapital Bank.az və ya Birbank.az vebsaytında sifariş etmək olar: http://www.kbl.az/bbm
Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
26 d. əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
30 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 43 d. əvvəl
- 46 d. əvvəl
- 48 d. əvvəl
- 49 d. əvvəl
- 52 d. əvvəl
- 53 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib



















.jpg)


