SOCAR Türkiyədəki telekommunikasiya şirkətinin satış prosesini başa çatdırıb
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki neft emalı, neft-kimya, təbii qaz və enerji ticarətinin əsas iş sahələrində fəaliyyət göstərən törəməsi “SOCAR Türkiyə” şirkəti bu sahələrdən kənar qrup şirkətlərindən olan "Millenicom" telekommunikasiya şirkətini aktivindən çıxarır.
Bu barədə “SOCAR Türkiyə” məlumat yayıb.
Bildirilib ki, “Millenicom” bu razılaşma çərçivəsində artıq “Albaraka Portföy Yönetimi” A.Ş. Dördüncü Qarışıq Risk Kapitalı İnvestisiya Fondu çətiri altında müştərilərinə xidmət göstərəcək.
Qeyd edək ki, 2019-cu ildən “SOCAR Türkiyə” qrupuna daxil olan “Millenicom” şirkəti təxminən 400 min abunəçiyə sürətli, öhdəliksiz və limitsiz fiber internet xidməti təqdim edərək Türkiyənin aparıcı alternativ operatorlarından biri olub. Şirkət fərdi və korporativ müştərilərə yüksək sürətli və fasiləsiz internet xidməti təqdim etməklə yanaşı, müştəri məmnuniyyəti yönümlü yanaşması ilə sektorda hörmətli mövqedə yer alır.
Bu satışın həyata keçirilməsi ilə “SOCAR Türkiyə”nin neft emalı, neft-kimya və təbii qazı əhatə edən əsas iş sahələrinə fokuslanaraq əməliyyat səmərəliliyini artırma və davamlı böyümə hədəflərini reallaşdırmasına töhfə verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























