ADY Bakı yük stansiyasında əsaslı təmir-bərpa işləri aparıb
Azərbaycan Dəmir Yolları (ADY) dəmir yolu ilə yükdaşımalar üçün strateji əhəmiyyətə malik Bakı yük stansiyasının Əhmədli hissəsində əsaslı təmir və yenidənqurma işləri həyata keçirib.
ADY-nin yaydığı məlumatda bildirilir ki, 1883-cü ildə ilk neft qatarının yola salındığı bu stansiyada hazırda ölkə üzrə daşınan neft və neft məhsullarının 40%-i qəbul edilərək təyinat məntəqələrinə yönləndirilir. Stansiyada aparılmış təmir-bərpa işləri çərçivəsində infrastrukturun yenilənməsi ilə yanaşı, yüklərin kağız əsaslı sənədləşmə olmadan rəqəmsal qaydada göndərilməsi sınaqdan keçirilib.
Stansiyanın 70 il bundan öncə tikilmiş inzibati binasında 9 ədəd köhnə istehsalat otağı yenidən qurulub və yeni müasir istehsalat otaqları tikilib. Həmçinin istismara yararsız texniki xidmət məntəqələri tam təchiz edilmiş 4 ədəd modul tipli konteynerlə əvəzlənib. Stansiyaya gedən avtomobil yolu və stansiyanın 400 kv.metr ərazisinə asfalt örtük çəkilib və iki mərtəbəli post binası təmir olunub.
Bundan başqa, işçilərin sosial rifahının yaxşılaşdırılması məqsədilə yeni mətbəx və sanitar qovşaqlar, soyunub-geyinmə otağı, namaz otağı və digər lazımi infrastruktur məntəqələri yaradılıb. Stansiyanın işçi heyəti yeni uniforma və fərdi mühafizə vasitələri ilə təchiz edilib.
“Yaşıl dünya naminə həmrəylik” ilinin çağırışına uyğun olaraq stansiya ərazisində yaşıllaşdırma işləri görülüb və onlarla ağac əkilib.
Qeyd edək ki, yüklərin qəbulu və göndərilməsi üçün stansiya ərazisində mövcud 9 yolun yenilənməsi, yeni yolların salınması və ümumi infrastrukturun daha da təkmilləşdirilməsi planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
6 saat əvvəl
Azərbaycan-İran dövlət sərhədində yük avtomobillərinin hərəkəti tam dayandırılıb
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycan və İsrailin xarici işlər nazirlərinin telefon danışığı olub
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank of Baku-da maliyyə savadlılığı günü
Expressbankdan bayram təklifi!
Müdafiə Nazirliyi: İran Naxçıvana 4 dron yönləndirib, onlardan 1-i Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb
Bayramov və Fidan arasında telefon danışığı aparılıb
Ən çox oxunanlar
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
İlham Əliyevin sədrliyi ilə iclas keçirildi - "İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir"
Dron hücumu ilə bağlı cinayət işi başlanıb
Dövlət Neft Fondunun İcraçı direktoruna müşavir təyin edilib
“Entrust” və “AzInTelecom” memorandum imzalanıb
SOCAR və “Pertamina” şirkətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafına diqqət yetirilib



















