"Qarabağa köçənlərə heyvan saxlamağa 1 metr də torpaq verilmir" - DEPUTAT
Deputat Aqil Abbas işğaldan azad edilmiş ərazilərə köçənlərə torpaq verilməməsindən şikayətlənib. "Adam var Xocalıda nar bağını icarəyə götürüb. Torpaqlar kiminsə monopoliyası üçün işğaldan azad edilməyib. Ali Baş Komandan torpağı işğaldan azad etdi. Köçənlərə bu torpağı verin də!"
“Xocalıya köçən ailələrə 1 metr torpaq da icarəyə verilmir. Qarabağda torpaq icarəyə verilənlər arasında bir qarabağlı belə yoxdur. Adam var Xocalıda nar bağını icarəyə götürüb. Ora niyə Xocalıdan olana verilməyib? Belə problemlər var. Bununla ciddi məşğul olmaq lazımdır. Bu torpaqlar yerli camaata icarəyə verilmir".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas “Torpaq icarəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə məsələnin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, Qarabağa köçənlərə heyvan saxlamağa 1 metr də torpaq verilmir: “Torpaqlar kiminsə monopoliyası üçün işğaldan azad edilməyib. Ali Baş Komandan torpağı işğaldan azad etdi. Köçənlərə bu torpağı verin də!
Camaat deyir ki, Füzulinin icra başçısı azad olunmuş ərazilərdəki torpaqları satır. Halbuki onu heç o torpağa buraxmırlar, nətər satır? Böyük tikinti quruculuq işləri gedir, adamın ürəyi açılır. Amma torpaqlar yerli camaata icarəyə verilmir. Təəssüf edirəm”.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bildirib ki, bu qanun layihəsi işğaldan azad edilmiş ərazilərə köçən insanlar üçün torpaq icarəsində yeni mütərəqqi şərait yaradır.
© APA
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
-
13 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
16 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
