Azərbaycanın tekstil şirkəti dünya brendləri tərəfindən qəbul edilən sertifikatı alıb - İXRACINI ARTIRA BİLƏCƏK
"GP Cotton Holdings"in şirkətlərindən biri olan "GiLTEX" MMC "Amfori BSCI" sertifikatını əldə edib.
Şirkətin yaydığı məlumaat görə, İsveçrənin SGS şirkəti tərəfindən keçirilən audit zamanı şirkət "A" dərəcəsi ilə qiymətləndirilib.
"Amfori BSCI" sertifikatının tələbləri H&M, Adidas, IKEA, Marks & Spencer və Amazon kimi dünya səviyyəli brendlər tərəfindən qəbul edilmiş standartdır. "GiLTEX" də bu sertifikata layiq görülən Azərbaycanın ilk tekstil şirkəti kimi qlobal təşkilatlar arasında öz yerini alıb.
Sözügedən sertifikat GiLTEX-in beynəlxalq bazarlarda sosial məsuliyyətli və təchizat zəncirində ədalətli iş şəraiti olan bir təşkilat kimi tanınmasına imkan yaradaraq, şirkətin uzunmüddətli əlaqələr qurmasına və ixrac potensialını artırmasına kömək edəcək.
"COP29 tərəfdaşlığı və Amfori BSCI sertifikatı, dayanıqlılıq fəaliyyətimizin davamıdır. Belə ki, biz uzun müddətdir strateji məqsədlərimizdən biri olan dayanıqlılıq istiqamətində önəmli addımlar atırıq. Bunlara misal olaraq, istehsalatda təbiətə zərər verməyən kimyəvi maddələrdən istifadə edilməsi, tullantı sularının təmizlənməsi və şirkətin nəqliyyat vasitələrində karbon emissiyalarına nəzarət olunması kimi tədbirləri sadalaya bilərəm", - GiLTEX MMC-nin Baş direktoru Kamran Aqasi nailiyyətlə bağlı deyib.
2003-cü ildə Avropa Xarici Ticarət Assosiasiyası tərəfindən yaradılan Amfori BSCI dünyanın ən tanınmış sosial audit proqramlarından biridir və şirkətlərə insanların rifahını yaxşılaşdırmaq, təbii resurslardan məsuliyyətlə istifadə etmək və açıq ticarəti təşviq etmək istiqamətində dəstək verir. Bu standartlar Beynəlxalq Əmək Təşkilatı (ILO) və BMT-nin İnsan Hüquqları Nizamnaməsi kimi beynəlxalq tənzimləmələrə əsaslanır.
"GiLTEX "MMC Azərbaycanda pambıq və tekstil istehsalı ilə məşğul olan GP Cotton Holdings-in bir hissəsidir. "GiLTEX"- iplik, toxuculuq, boya, geyim və tibbi maska fabriklərindən ibarətdir. Şirkət hər il 18 milyon metr parça, 1800 ton trikotaj, 1000 ton dəsmal, 250,000 uniforma və 1 milyon yataq dəsti istehsal edə bilir. İstehsalatda əsasən "GP Cotton Holdings" şirkətinə daxil olan, pambıq istehsalı üzrə ixtisaslaşmış "MKT İstehsalat Kommersiya" MMC-in istehsal etdiyi yerli pambıqdan istifadə olunur. Fabriklər Belçika, Almaniya, Yaponiya və Türkiyədən gətirilmiş müasir avadanlıqlarla təchiz edilmişdir.
"GP Cotton Holdings" Azərbaycanın ən böyük pambıq və tekstil istehsalçısıdır. Bu şirkətlər qrupu pambıq tədarük zəncirində pambığın yetişdirilməsi və yığılmasından tutmuş, müxtəlif çeşidli geyimlərin emalı və istehsalına qədər bütün mərhələləri əhatə edir. "GP Cotton" qrupa daxil olan GiLTEX və MKT vasitəsilə 5 000-dən çox insan üçün məşğulluq imkanı yaradır, həmçinin 10 000 fermer və aqronom komandası ilə sıx əməkdaşlıq edir. Birlikdə bu iki şirkət pambıqdan hazır məhsula kimi bütün istehsal prosesini həyata keçirdir. "GiLTEX" köynək, dəsmal, forma və yataq dəstləri kimi hazır tekstil məhsullarının istehsalı üzrə ixtisaslaşıb. MKT kənd təsərrüfatı əməliyyatlarını nəzarət edir və fermerlər və aqronom komandası ilə sıx əməkdaşlıq edir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 27 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)
.jpg)





.jpg)


.jpg)









