NET FINANCE 5 illik uğur dolu yolu qeyd edib - FOTO/VİDEO
NET FINANCE şirkəti Azərbaycanda maliyyə bazarının liderlərindən biri olmağı hədəfləyir.(®) NET FINANCE, Azərbaycanın aparıcı audit, maliyyə və konsaltinq şirkətlərindən biri olaraq, öz 5 illik yubileyini böyük təntənə ilə qeyd edib.
2019-cu ildə əsası qoyulan şirkət qısa müddət ərzində güclü mütəxəssis komandası və müştəri məmnunluğuna əsaslanan xidmət siyasəti ilə bazarın öncüllərindən biri olmağı bacarıb.
Şirkət həmtəsisçisi və direktoru Aqşin Əsgərov yubiley tədbirində çıxış edərək bildirib: “Bizim bu gün gəldiyimiz nöqtə komanda işinin, etibarlı müştəri əlaqələrinin və innovativ yanaşmalarımızın nəticəsidir. 5 il ərzində əldə etdiyimiz uğurlar bir başlanğıcdır, biz daha böyük hədəflərə doğru inamla irəliləyirik.”
Bu müddət ərzində NET FINANCE bir çox yerli və beynəlxalq layihələrə imza ataraq öz sahəsində yüksək etibar qazanmışdır. Şirkət, müştərilərə göstərilən xidmət keyfiyyətini artırmaq, innovativ həllərlə yeni bazarlara çıxmaq və Azərbaycanın biznes sektorunun inkişafına dəstək olmaq istiqamətində fəaliyyətini davam etdirir.
Yubiley tədbirində həm şirkət işçiləri, həm də bir çox nüfuzlu qonaqlar iştirak edib. Gələcək üçün ambisiyalı planlar və yeni tərəfdaşlıqlar barədə müzakirələr aparılıb.
NET FINANCE fəaliyyət göstərdiyi illər ərzində müxtəlif audit, vergi, maliyyə və konsaltinq xidmətlərini uğurla həyata keçirərək, Azərbaycanın iqtisadi inkişafına öz töhfəsini verib. Şirkət, peşəkar komanda ilə, müştərilərə göstərilən xidmətlərin hər zaman yüksək səviyyədə qalmasına zəmanət verir və gələcəkdə də Azərbaycanda maliyyə bazarının liderlərindən biri olmağı hədəfləyir.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
9 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"
















