KOBİA: Orta və kiçik sahibkarlara verilən kreditlər azalıb
"Bu statistika onu göstəririr ki, bank və bank olmayan kredit təşkilatları KOB-ların maliyyələşməsinə və regionların kreditləşməsinə dair müəyyən addımlar atmalıdır".Azərbaycanda son 1 il 8 ayda mikro sahibkarlara verilən kreditlər 33 % artdığı halda, orta sahibkarlara verilən kreditlər 27 %, kiçik sahibkarlığa verilən kreditlər isə 12 % azalıb.
Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.
"Bu statistika onu göstəririr ki, bank və bank olmayan kredit təşkilatları KOB-ların maliyyələşməsinə və regionların kreditləşməsinə dair müəyyən addımlar atmalıdır. Regionlara yönəlik fəaliyyətin genişləndirlməsi üçün yeni filialların yaradılmasına da ehtiyac var", - deyə o qeyd edib.
"Biz KOBİA olaraq, yeni alətlərin tətbiqi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu ilə birgə kiçik məbləğıi güzəştli kreditə ehtiyacı olan sahibkarlara münasibətdə yeni mexanizmin tətbiqinə başlamışıq. Bu mexanizm çərçivəsində sahibkarlara 5,7 milyon manatlıq 914 bildiriş verilib. Bunlardan 3 milyon manatlıq 514 bildiriş məhz bu ilin 9 ayında təqdim olunub. Bu mexanizm həm regionlarda maliyyə əlçatanlığını asanlaşdıracaq, həm də banklar üçün risk amilinin azaldılmasına ciddi dəstək verəcək", - deyə sədr əlavə edib.
"Bundan əlavə olaraq KOBİA təhsil, elm, tədqiqat və dəstək layihələri üçün qrant da ayırır. İndiyə qədər 100-ə yaxın belə layihəyə 1,4 milyon manat qrant verilib. Eyni zamanda, sahibkarlıq fəaliyyətində innovasiyaların təşviqi məqdədilə startap sertifikatları təqdim olunub", - deyə O.Məmmədov vurğulayıb.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)

















