“Bakcell” UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır
(®) İnnovasiya və sürət lideri “Bakcell”in əsas tərəfdaşlığı ilə UNEC-də İnnovasiya Həftəsi keçirilir. Tədbirin ilk günündə “Bakcell”in nümayəndələri “Telekommunikasiyada qlobal trendlər: “Bakcell”in innovativ məhsul və həlləri” və “Dəyişən dünyada böyük dəyişikliklər qarşısında aktual qalmaq” mövzularında panel müzakirələrə qatılıblar.
“Bakcell”in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə rəhbəri Aysel Süleymanova və Marketinq direktoru Elxan Sadıqzadə tələbələrə brendin rəqəmsal erada mövqeləndirilməsi, müasir çağırışlar və imkanlar, rəqəmsal imic formalaşdırılmasının incəlikləri və müştərilərin diqqətini cəlb etmək üçün strategiyalar barədə məlumat verib, həmçinin onları maraqlandıran sualları cavablandırıblar.
UNEC-də keçirilən İnnovasiya Həftəsi innovasiya sahəsində yenilikləri təşviq etmək və tələbələrin yaradıcılıq potensialını üzə çıxarmaq məqsədi daşıyır. Həftə ərzində universitetdə müxtəlif tədbirlər, o cümlədən seminarlar, təlimlər, panel müzakirələri və startap ideyalarının təqdimatları təşkil ediləcək.Top of Form
Qeyd edək ki, “Bakcell” gənc nəslin inkişafına və onların yaradıcı potensialının üzə çıxarılmasına xüsusi önəm verir. Şirkət bu istiqamətdə tələbələrə dəstək olmaq, innovativ layihələri təşviq etmək və yeni təşəbbüsləri daha da genişləndirməyi planlaşdırır.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda ”Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
“Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 12 d. əvvəl
- 14 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq




















