Azərbaycanın şirkətlər qrupu "GL Group" Türkiyədə təbii qazın işlənməsi layihəsində 25% pay alıb
Asif Zeynalov: "Türkiyənin enerji bazarına daxil olmağımız "GL Group" üçün əhəmiyyətli yeni bir fəslin başlanğıcı deməkdir".Azərbaycanın ilk özəl enerji şirkətləri qrupu, "GL Group" Türkiyədə təbii qaz hasilatı bazarına daxil olmaqla ilk beynəlxalq strateji addımını atıb. Bununla da, "GL Group" orta miqyaslı regional enerji şirkəti olmaq istiqamətindəki strategiyasını həyata keçirərək beynəlxalq enerji oyunçusuna çevrilir.
"GL Group", Türkiyənin şimal-qərbində Trakya hövzəsində (Thrace Basin) yerləşən F17-b4 bloku üçün lisenziyanın 100%-lik sahibi və operatoru olan Kanadanın "Gazelle Energy Limited" şirkətinin səhmlərinin 25%-ni satın alıb. Bu blok, 145 km² sahəni əhatə edən sıx qazın qiymətləndirilməsi və işlənməsi layihəsidir və kəşf edilmiş 65 milyard kub fut (2P) qaz ehtiyatları ilə yanaşı əhəmiyyətli artım potensialına malikdir. "GL Group" həmçinin "Gazelle Energy"nin Direktorlar Şurasında da təmsil olunacaq.
Bu layihədə qabaqcıl texnologiyalardan istifadə olunacaq. "GL Group" rəhbərliyinin Şimali Amerika və Rusiyada sıx qaz yataqları sahəsindəki təcrübəsi onu "Gazelle Energy" üçün ideal tərəfdaş kimi mövqeləndirir. "GL Group", "Gazelle Energy" ilə birgə çalışaraq, F17-b4 blokunun Əməliyyat Komitəsində iştirak edəcək və yatağın tam qaz potensialını aşkara çıxarmaq üçün çoxfazalı hidravlik qırılma və çoxmərhələli qazma və quyuların tamamlanması texnologiyalarından istifadə olunacaq.
"Türkiyənin enerji bazarına daxil olmağımız "GL Group" üçün əhəmiyyətli yeni bir fəslin başlanğıcı deməkdir", — deyə, "GL Group"un Qrup Baş İcraçı Direktoru və Məşvərət Şurasının sədri Asif Zeynalov bildirib. "Bu ilk beynəlxalq satınalma təkcə strateji deyil, həm də "GL Group"u sənayedə regional oyunçu kimi müəyyən edir, mövqeyimizi gücləndirir və regiondakı gələcək inkişafımıza təkan verir".

GL Group-un Qrup Baş İcraçı Direktoru və Məşvərət Şurasının sədri Asif Zeynalov
GL Group haqqında:
"GL Group" Azərbaycanın Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” də daxil olmaqla beş neft-qaz yatağında fəaliyyət göstərir. Şirkətlər qrupunun portfelinə “Salyan Oil Limited” və “Taghiyev Operating Company” əməliyyat şirkətləri, həmçinin neft-qaz sənayesində texniki xidmətlər göstərən “GL Technical Services” şirkəti daxildir. GL Group və onun strateji təşəbbüsləri haqqında ətraflı məlumatı www.gl.world saytından əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
16 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
23 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI




















