"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti kəskin artıb
Türkiyənin dövlət bankı "Ziraat Bankası"nın Azərbaycandakı törəməsi olan "Ziraat Bank Azərbaycan" ASC 2024-cü ilin 9 ayını (yanvar-sentyabr) 11 milyon 294 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 6 milyon 414 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 2023-cü ilin 9 ayının yekunu ilə müqayisədə 2024-cü ilin 9 ayı ərzində 4 milyon 880 min manat və ya 76% artıb.
Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, "Ziraat Bank Azərbaycan"ın faiz gəlirləri 2023-cü ilin 9 ayında 34 milyon 375 min manat ikən, 2024-cü ilin 9 ayında 39 milyon 332 min manata yüksəlib (4 milyon 957 min manat və ya 14,4% artıb). Bankın qeyri-faiz gəlirləri isə 2 milyon 699 min manat və ya 24,6% artaraq 13 milyon 667 min manat təşkil edib.
Gəlirlərin artması ilə əlaqədar olaraq "Ziraat Bank Azərbaycan"ın əməliyyat mənfəəti 5 milyon 415 min manat və ya 30% artaraq 23 milyon 437 min manat təşkil edib.
CƏMİ AKTİVLƏRİ 800 MİLYON MANAT SƏVİYYƏSİNİ KEÇİB
2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ilin 9 ayı ərzində "Ziraat Bank Azərbaycan"ın kredit portfeli (müştərilərə verilən kreditlər) 53 milyon 536 min manat və ya 13,7% artaraq 444 milyon 478 min manata çatıb. Bankın cəmi aktivləri isə 168 milyon 272 min manat və ya 26,4% artaraq 804 milyon 9567 min manata yüksəlib.
BANKDA DEPOZİTLƏR ARTIB
2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ilin 9 ayı ərzində "Ziraat Bank Azərbaycan"da depozitlər 140 milyon 577 min manat və ya 34,2% artaraq 551 milyon 998 min manata qalxıb. Bankda həm fiziki şəxslərin, həm də hüquqi şəxslərin depozitləri artıb.
MƏCMU KAPİTALI ARTIB
30 sentyabr 2024-cü il tarixində "Ziraat Bank Azərbaycan" 123 milyon 854 min manat məcmu kapitala malik olub. Bank 2023-cü ilin sonunda 111 milyon 601 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)







.jpg)





