Çindən gözlənilən təşviqlər elan edilmədiyi üçün neft ucuzlaşıb - İndi gözlər Yaxın Şərqə yönəlib
Çin bazarları canlandırmaq üçün konkret addımlar atmamasından sonra neft qiymətləri ucuzlaşıb.Çin dünyada ən böyük neft istehlakçısıdır (alıcısıdır). Çinin Maliyyə Nazirliyi ölkədə canlanmanı və istehlakı artıra biləcək yeni təşviqlər açıqlamaması və İsrailin İrana hücumu ehtimalının gecikməsilə əlaqədar olaraq ucuzlaşıb.
Marja.az xəbər verir ki, Brent nefti 1,1 faiz ucuzlaşaraq barel 78,18 dollara düşüb (Bakı vaxtı ilə saat 09:30-a olan məlumat).
Çin, daşınmaz əmlak sektoruna daha çox dəstək vəd etsə də və daha çox dövlət borclanmasına işarə etsə də, şənbə günü keçirilən brifinqdə bazarların gözlədiyi mesajlar verilməyib.
Digər tərəfdən, investorlar, oktyabrın 1-də İranın ballistik raket hücumuna İsrailin reaksiyasını izləməyə davam edir. Həftə sonu Hizbullahın pilotsuz uçan aparatının hücumu nəticəsində dörd İsrail əsgəri həlak olub və Pentaqon müttəfiqini qorumaq üçün qabaqcıl raketdən müdafiə sistemi və əlaqəli qoşunlar göndərəcəyini bildirib.
Brent nefti bu ay təxminən 9 faiz bahalaşıb, çünki Yaxın Şərqdə münaqişənin gərginləşməsi ehtimalı dünya neftinin təxminən üçdə birini təmin edən regionda hasilatı təhdid edir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 20 saat əvvəl
-
- 20 saat əvvəl
-
22 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























