Azercell yenilənmiş “Premium” tarif paketlərini təqdim edir
(®) Ölkənin lider mobil operatoru “Premium” tariflərinin imkanlarını genişləndirir. Oktyabr ayının 1-dən etibarən “Premium” abunəçilərinə daha sərfəli danışıq xidmətləri təqdim edilir, paketlərin aylıq abunə haqqı və digər imtiyazlar isə dəyişməz olaraq qalır.
Belə ki, "Premium” tarif paketləri çərçivəsində təqdim edilən şəbəkədaxili və şəbəkəxarici dəqiqələr ümumi ölkədaxili danışıq dəqiqələri ilə əvəz edilir. Bu da abunəçilərə daha rahat danışmaq, həm də nömrənin balansını daha rahat nəzarətdə saxlamaq imkanı verir. Abunəçilər seçdikləri “Premium” tarif paketindən asılı olaraq 3000, 4000 və ya 5000 ölkədaxili dəqiqədən yararlana bilərlər.
Həmçinin “Premium” tarif paketləri çərçivəsində abunəçilərə təqdim edilən “Premium+” loyallıq proqramında da dəyişikliklər tətbiq edilir.
Xatırladaq ki, proqrama fərdi “Premium Müştəri Dəstək Xətti”, Azercell Eksklüziv ofislərində "Sürətli keçid" xidməti, Mobil Müştəri Xidmətindən ödənişsiz istifadə, Telefon Mərkəzinin xidmətlərindən növbədənkənar və ödənişsiz yararlanmaq imkanı, ad günü hədiyyələri, eləcə də digər imtiyazlar daxildir.
Proqrama aşağıda göstərilən yeniliklər əlavə edilir:
- “Kinon Premium”dan istifadə imkanı: Premium tarifinin istifadəçilərinə xüsusi təklif şəklində 6 ay ərzində “Kinon Premium” xidmətindən yararlanmaq imkanı verilir. Bu xüsusi təklifi aktivləşdirmək üçün Premium abunəçiləri telefonun ekranında *805#YES yığa bilərlər. Təklifin müddəti bitdikdən sonra isə aylıq ödəniş cari tariflər üzrə hesablanacaq və 9 AZN təşkil edəcək.
Kinon 240-dan çox kanalın yüksək keyfiyyətli canlı yayımını, eləcə də məşhur film studiyalarının yeni film və seriallarını bir tətbiqdə birləşdirir. Xidmətdən eyni anda müxtəlif cihazlarda, ən əsası isə bir abunəlik çərçivəsində 5 fərqli hesab yaradaraq yararlanmaq mümkündür.
“Kinon”dan Android və iOS əməliyyat sistemlərini dəstəkləyən bütün smartfonlarda, Android TV və Samsung Smart TV-lərdə, planşetlərdə və digər cihazlarda istifadə etmək olar. Tezliklə xidmət LG Smart TV-lər üçün də əlçatan olacaq. Tətbiqi “Google Play” və “AppStore”dan yükləmək mümkündür.
- Azercell tətbiqində eksklüziv “Premium qızıl” dizayn: İyul ayının 31-dən etibarən Premium abunəçilərinin istifadəsinə xüsusi “Premium qızıl” rəngli interfeys təqdim edilib. Bu interfeys istifadəçilərə həmçinin “Premium+” loyallıq proqramının bütün üstünlükləri haqqında rahatlıqla məlumat əldə etmək və onlardan yararlanmaq imkanı verir.
Yeni dizaynın təqdim etdiyi eksklüziv xüsusiyyətlər gözəl vizual görünüş yaratması ilə yanaşı, müştəri-yönümlüdür və tətbiqdən istifadə təcrübəsini də təkmilləşdirir. Əsas səhifəyə əlavə olunan xüsusi “Premium” vidjet isə “Premium+” səhifəsinə keçidi asanlaşdırır. Premium tarifinin abunəçiləri üçün eksklüziv təqdim edilən ödənişsiz xidmətlər haqqında məlumatlar məhz burada öz əksini tapır.
Premium tarif paketləri və “Premium+” loyallıq proqramı haqqında ətraflı məlumat üçün https://bit.ly/azercell_premium səhifəsinə keçid etməyiniz xahiş edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur














.jpg)






