Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən gün Avrozonada inflyasiyaya dair göstəricilərin azalma ilə dərc olunması fonunda dollar major valyutalar qarşısında bahalaşıb. Lakin, axşam saatlarında ABŞ-ın əmək bazarında açıq vakansiyaların sayına (JOLTS) dair nəticələrin açıqlanmasından sonra EURUSD və GBPUSD valyuta cütlüklərində artım meyillərini görmək olar. Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda isə neftin qiyməti bahalaşıb.
“Eurostat”-ın dünən yaydığı məlumata əsasən, Avrozonada istehlak qiymətləri 2024-cü ilin sentyabr ayında illik ifadədə 1.8% artıb. Qeyd edilir ki, 2021-ci ilin iyun ayından bəri ilk dəfə olaraq inflyasiya Avropa Mərkəzi Bankının (AMB) 2%-lik hədəfinin altında qeydə alınıb. Xatırlamaq lazımdır ki, avqustda inflyasiya 2.2% təşkil edib. Həmçinin, Avrozonanın sənaye sektorunda PMI 45.8 bənd səviyyəsindən 45 bənd səviyyəsinə qədər zəifləyib.
ABŞ-ın Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi Təchizat İdarəetmə İnstitutunun (İSM) verdiyi məlumata əsasən, avqust ayı ilə müqayisədə sentyabr ayında dəyişməyərək 47.2 bənd təşkil edib. Analitiklər göstəricinin 47.5 bəndədək yüksələcəyini proqnoz etmişdilər. “S&P Global” tərəfindən dərc olunan sənaye sektorunda PMI isə 47.9 bənd səviyyəsindən 47.3 bənd səviyyəsinədək enib. Ekspertlər göstəricinin 47 bəndədək düşəcəyini ehtimal edirdilər.
Əlavə olaraq, ABŞ-ın əmək bazarında açıq vakansiyaların sayı (JOLTS) son üç ay ərzində ilk dəfədir ki, artıb. Göstərici aylıq ifadədə iyul ayı ilə müqayisədə avqust ayında 7.711 milyondan 8.04 milyona qədər yüksəlib. Analitiklər göstəricinin 7.64 milyona qədər artacağını proqnozlaşdırmışdılar.
Çərşənbə axşamı gecə saatlarında İranın Yaxın Şərqdəki münaqişəyə müdaxiləsi fonunda neft qiymətləri kəskin şəkildə artmağa başlayıb. “Brent” markalı neftin bir barrel üzrə qiyməti 70.60$ səviyyəsindən 76.10$ səviyyəsinə qədər bahalaşıb. Hal-hazırda isə “Brent” 75.40$ səviyyəsində ticarət olunur.
Bugün Avrozonada açıqlanacaq İşsizlik Səviyyəsi investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdən biridir. Həmçinin, “Automatic Data Processing” (ADP) analitik şirkəti tərəfindən ABŞ-ın özəl şirkətlərində yeni yaranan iş yerlərinin sayı isə bağlı nəticələr də maraqla gözlənilir.
Məlumat İnvest-Az İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
6 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























