Testin ləğvi ilə bağlı – Açıqlama
“İndidən test imtahanın ləğv olunacağı yazmaq düzgün deyil. Çünki mütəxəssislər tərəfindən müzakirələr aparıldıqdan sonra yeni model ictimaiyyətə təqdim olunacaq”
Bu sözləri açıqlamasında Dövlət İmtahan Mərkəzinin sektor müdürü Xanlar Xanlarzadə deyib. Onun sözlərinə görə, DİM sədri müsahibəsində qeyd edib ki, iki ildən sonra kurikulum sistemində təhsil alan şagirdlərin buraxılış və qəbul imtahanlarının hansı model əsasında keçirilməsi müzakirə olunur: “Təhsil Nazirliyi ilə birgə bu imtahanın modeli üzərində İşçi Qrup çalışır. Həmin o qrup işini yekunlaşdırdıqdan sonra yeni model haqqında ictimaiyyətə məlumat veriləcək.
İki ildən sonra qaydalarda müəyyən dəyişikliklər olacaq. Yenə də buraxılış, həmçinin ali və orta ixtisas müəssisələrinə qəbul imtahanları DİM tərəfindən mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək. Ancaq imtahanın modelinin hansı formada olması ilə bağlı müzakirələr bitəndən sonra ictimaiyyətə açıqlama verəcəyik. İndidən hər hansı fikri söyləmək düzgün deyil. Üzümüzə gələn il imtahan əvvəlki qaydada olacaq. Amma bütövlükdə test imtahanın ləğv ediləcəyini indidən demək doğru deyil”.
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “İki il sonra buraxılış və qəbul imtahanlarında yeni model tətbiq ediləcək” deyə bildirmişdi.
M.Abbaszadə demişdi ki, gələn ilki abituriyentlər axırıncı dəfə test formasında imtahan verəcəklər: “Gələn ilki imtahanlarda abituriyentlərdən daha da məsuliyyətli olmalarını gözləyirik. Çünki onlar sonuncu dəfə 26 ildir aparılan test şəkilində imtahan verəcəklər. Bu il kurikulum əsasında təhsil alan şagirdlər 2 ildən sonra XI sinifdə təhsil alacaq və onların biliyinin qiymətləndirilməsi fərqli formada keçirilməlidir. İki il sonra keçiriləcək buraxılış və qəbul imtahanlarında dəyişikliklər edilməsi nəzərdə tutulub”.
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 18 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















