Neftin ucuzlaşması davam edir
Bu həftə 4 faizdən çox ucuzlaşan Brent markalı neft 71 dollara düşərkən, ABŞ xam nefti 67 dollardan satılır. Bakı vaxtı ilə saat 09:10-da Brent nefti 0,2% ucuzlaşma ilə 71,46 dollardan ticarət olunub.
"Financial Times"ın yaydığı məlumata görə, Səudiyyə Ərəbistanı daha yüksək neft hasilatına sadiqdir.
Həmçinin Liviyanın şərq və qərb hökumətləri arasında yeni razılaşma yaxın müddətdə bazara gündəlik 500.000 bareldən çox tədarükün qayıtmasına səbəb ola bilər.
Neft qiymətlərini arta biləcək proseslər də var. Belə ki, Çin bu həftə bir sıra monetar və fiskal stimullaşdırıcı tədbirlər elan edib. Bu tədbirlər əmtəələrə, eləcə də səhmlərə müsbət təsir edib.
İsrail Livandakı Hizbullah hədəflərini qeyri-müəyyən müddətə bombalamağa davam edəcəyini vəd edib ki, bu da regional müharibə riskini azaldacaq atəşkəs razılaşmasına vasitəçilik səylərini pozur.
Digər tərəfdən, ABŞ-ın şərq sahillərində və Meksikanın cənub-qərbində bəzi ştatlarda "Con və Helene" qasırğaları ( John and Helene) ilə əlaqədar olaraq Meksika körfəzində neft hasilatının təxminən dörddə biri dayanıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 23 saat əvvəl
-
- 23 saat əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























