30 milyon dollarlıq istiqrazlara 159 fiziki, 1 hüquqi şəxs sifariş yerləşdirib
Kapital Bank-ın dollar istiqrazlarının abunə yazılışı ilə yerləşdirilməsi yekunlaşıbXəbər verdiyimiz kimi 26 avqust 2024-cü il tarixində Kapital Bank ASC-nin buraxılış həcmi 30 000 000 (otuz milyon) ABŞ dollar həcmində olan, subordinasiya istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.
Qeyd olunan istiqrazların Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə yerləşdirilməsi 26 sentyabr 2024-cü il tarixində yekunlaşıb.
Kapital Bankın yaydığı məlumatda bildirilri ki, yerləşdirmədə 159 fiziki, 1 hüquqi şəxs olmaqla, ümumilikdə 160 investor tərəfindən 171 sifariş həyata keçirilib. Bankın istiqrazlarının abunə yazılışında ümumilikdə 35 211 100 ABŞ dolları həcmində tələb yığılıb. Ümumi məbləğin 28 807 200 dolları (96.02%) fiziki şəxslərin, 1 192 800 dolları (3.98%) isə hüquqi şəxslərin payına düşüb.
Xatırladaq ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 dollar, illik faiz dərəcəsi 7%, ödəniş dövrü 30 gündən bir, tədavül müddəti 7 ildir. Sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Bu istiqraz buraxılışında ilk dəfə olaraq Kapital Bank-ın filial və şöbələrində də istiqrazlara abunə yazılışı həyata keçirilib və fiziki şəxslərin yüksək tələbi ilə yadda qalıb. Filiallarda istiqrazların abunə yazılışını həyata keçirməkdə məqsəd bazara olan etimadın gücləndirilməsi və fiziki şəxslərin investisiya alətlərinə çıxış imkanlarının genişləndirilməsidir. Bu istiqamətdə Kapital Bank gələcəkdə də daim yeni və cəlbedici investisiya alətləri təklif edərək fiziki şəxslərin kapital bazarında aktiv iştirakını təşviq etməyi hədəfləyir.
Qeyd edək ki, Kapital Bank bu il ərzində ümumi həcmi 125 milyon ABŞ dolları və 100 milyon manat olmaqla 6 istiqraz buraxılışını uğurla tamamlayıb.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 17 saat sonra
-
- 12 saat sonra
-
4 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
5 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
5 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb



















.jpg)


