"Kapital Bank”ın 7 illik dollar istiqrazlarına 161 investordan 171 sifariş - HƏRRACIN NƏTİCƏSİ
26 avqust 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Kapital Bank” ASC-nin buraxılış həcmi 30 milyon ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.
Birjanın yaydığı məlumata görə, qeyd olunan istiqrazların Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi 26 sentyabr 2024-cü il tarixində yekunlaşmışdır.
İstiqrazlara 161 investor tərəfindən 35,2 milyon dollarlıq 171 sifariş təqdim olunub. İstiqrazlar tam həcmdə yerləşdirilib.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "Kapital Bank” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2013005155
İstiqrazın növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/forması: Kütləvi/Abunə yazılışı
İstiqrazın sayı: 300 000 (ədəd)
İlkin ticarət qiyməti: 100 ABŞ dolları
Buraxılış həcmi: 30 000 000 ABŞ dolları
İllik gəlirlilik faizi: 7%
Ödəmə Periodu: İldə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə hər 30 (otuz) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir
Tədavül müddəti: 7 il
Hərrac qiyməti: 100 ABŞ dolları
Reallaşdırılmış həcm: 30 000 000 ABŞ dolları
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 35 211 100 ABŞ dolları
İnvestor sayı: 161
Sifariş sayı: 171
İstiqrazların ödəmə tarixi: 26.09.2031
Anderrayter: “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
11 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
18 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
18 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
19 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI























