“Azerconnect Group” Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransa dəstək oldu
(®) "Azerconnect Group” regionda ilk dəfə Azərbaycanda keçirilən Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransı dəstəkləyib.
Dövlət qurumları, biznes assosiasiyaları və özəl sektorun nümayəndələri, həmçinin diplomatlar və ekspertlərin bir araya gəldiyi tədbirdə Azərbaycanın informasiya təhlükəsizliyini artırılmasında diplomatiyanın rolu müzakirə olunub.
Konfrans Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşkilatçılığı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, ADA Universitetinin tərəfdaşlığı, “Azerconnect Group” və digər özəl təşkilatların dəstəyi ilə keçirilib.
Tədbirdə qlobal kiberdiplomatiyada özəl sektorun rolu, kibertəhlükəsizlik sahəsinin inkişafında beynəlxalq əməkdaşlığın önəmi qeyd olunub. Həmçinin, konfrans zamanı Avropa və Asiyanı birləşdirəcək “Rəqəmsal İpək Yolu” layihəsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, strateji əhəmiyyətə malik bu rəqəmsal dəhliz regionda iqtisadi inkişafı və rabitənin genişlənməsini stimullaşdıracaq.
Qeyd edək ki, Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransda ümumilikdə 30-dan çox ölkədən 120-yə yaxın nümayəndə, o cümlədən diplomatlar, nüfuzlu ekspertlər və rəsmi şəxslər iştirak ediblər.
Azerconnect Group haqqında
Ölkəmizin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. “Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
49 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı
























