Alış-veriş edin, hissə-hissə ödəyin!
Alış-veriş etmək üçün əlavə vəsaitə ehtiyacınız var? O zaman Expressbank-a müraciət edə bilərsiniz! Expressbank sizlərə alış-veriş üçün sərfəli taksit kartı təklif edir.
“Gülə-gülə xərcləyib, xırda-xırda ödəyin” şüarı altında təqdim olunan “Smilecard” müştərilərə kredit almaq, alış-veriş zamanı xərclənən məbləği aylara bölərək hissə-hissə ödəmək, vəsaiti daha rahat və təhlükəsiz vasitə olan plastik kartda saxlamaq imkanlarını yaradır.
Dünyanın istənilən yerində “Smilecard” ilə edilən əməliyyat zamanı (onlayn alış-veriş, POS ödənişlər və s.) xərclənən məbləğ avtomatik 6 və ya 12 aya bölünür və ödəniş qrafiki formalaşır. Bu zaman bank komissiyası müvafiq olaraq 6% və ya 12%, kredit üzrə illik faiz dərəcəsi isə 0% təşkil edir.
“Smilecard”-a sahib olmaq istəyən müştərilər şəxsiyyət vəsiqəsi və gəlirləri təsdiq edən sənəd əsasında Expressbank-ın istənilən filialına yaxınlaşmaqla 2000 AZN-dək arta bilən taksit balansına malik kart əldə edə bilərlər. Kart müştərilərə pulsuz verilir və 3 il müddətində istifadə oluna bilər. Smilecard-ın digər üstünlüklərindən biri də - ödənilən məbləğin kartda yenidən bərpa olunması və təkrar istifadə etmə imkanıdır.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 600-dən artıq ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
1 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
1 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
3 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
























.jpg)


