SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib
“AzInTelecom” əməkdaşları Özbəkistanda elektron imza sahəsinin inkişafı üçün “SİMA İmza”nın imkanlarından istifadənin mümkünlüyünü vurğulayıblar. Mərkəzin direktoru Şərifjon Kayumov SİMA-nın imkanlarını yüksək qiymətləndirib və daha geniş müzakirələr üçün Bakıya səfər edə biləcəklərini qeyd edibRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC 17-20 sentyabr tarixlərində Özbəkistanda keçirilən “İKT Həftəsi” (ICT Week 2024) tədbirində stendlə çıxış edib.
20-yə yaxın ölkənin təmsil olunduğu tədbirin sərgi hissəsində “AzInTelecom” əməkdaşları tərəfindən şirkətin məhsul və xidmətləri barədə iştirakçılara məlumat verilib, potensial əməkdaşlıq imkanları müzakirə olunub.
Tədbirin ilk günündə “AzInTelecom”un stendini ziyarət edənlər arasında Özbəkistan Respublikasının rəqəmsal texnologiyalar naziri Şerzod Şermatov da olub. Ziyarət zamanı nazirə “AzInTelecom”un əsas rəqəmsal məhsullarından olan “SİMA İmza” haqqında məlumat verilib. Şerzod Şermatov “SİMA İmza”nın biometriya funksionallığını maraqla qarşılayıb.
Tədbirin üçüncü günündə “AzInTelecom”un nümayəndə heyəti Özbəkistanda elektron imzalar üzrə məsul qurum olan Yeni Texnologiyalar Mərkəzində olublar. Mərkəzin rəhbərliyi ilə görüşən “AzInTelecom” əməkdaşları Özbəkistanda elektron imza sahəsinin inkişafı üçün “SİMA İmza”nın imkanlarından istifadənin mümkünlüyünü vurğulayıblar. Mərkəzin direktoru Şərifjon Kayumov SİMA-nın imkanlarını yüksək qiymətləndirib və daha geniş müzakirələr üçün Bakıya səfər edə biləcəklərini qeyd edib.
Məlumat üçün bildirək ki, “Özbəkistan İKT Həftəsi” informasiya və kommunikasiya texnologiyaları sahəsində Mərkəzi Asiya və ətraf regionlardakı İT şirkətlərini bir araya toplayan qlobal tədbir hesab olunur. Tədbirin gedişində sərgilər və seminarlar təşkil olunub, ekspertlər çıxış edib, şirkətlər öz texnoloji məhsullarını nümayiş etdiriblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur













.jpg)







