Bank Şamaxıda rəqəmsal filialını açıb
Yelo Bank regionlarda maliyyə xidmətlərini daha da genişləndirmək üçün növbəti filialını Şamaxıda açıb.
Bankın yaydığı məlumatda bildirilir ki, yeni filial Şamaxı şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi, 56 ünvanında xidmət göstərir.
Qeyd edilib ki, filialın əsas üstünlüyü onun rəqəmsal konseptdə olmasıdır. Ənənəvi filiallardan fərqli olaraq rəqəmsal filialda bank əməliyyatları terminallar vasitəsilə aparılır. Müştərilər rahat və çevik şəkildə kart, biznes və istehlak krediti əldə edə, əmanət hesabı aça və digər bank xidmətlərini həyata keçirə bilərlər.
Yeni filialın açılışı münasibətilə Yelo Bank-ın İdarə Heyətinin sədr müavini Elşən Pirmalıyev bildirib ki, burada Şamaxı sakinlərinə üstün xidmət səviyyəsi təqdim olunacaq:
“Rəqəmsal konseptli növbəti filialımızı Şamaxıda açmaq üçün çox səbirsizlənirdik. Əsas hədəfimiz ölkəmizin regionlarında, eləcə də Şamaxıda real sektorun hərtərəfli inkişafına dəstək olmaqdır. Bu baxımdan 100 mindən çox əhalisi olan Şamaxıda geniş əməkdaşlıq potensialı görürük. İnanıram ki, yeni filialımız sakinlər üçün daha sürətli və daha səmərəli xidmət göstərəcək. Ümumiyyətlə, maliyyə inkluzivliyinin gücləndirilməsi və vətəndaşların maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə digər bölgələrdə də rəqəmsal filial açmağı planlayırıq”.
Xatırladaq ki, bundan öncə Yelo Bank ard-arda Ağcabədi, Xaçmaz, Salyan, Qəbələ, Masallı və Tovuz filiallarını müştərilərin istifadəsinə verib. Hazırda Bankın paytaxt və regionlarda 20 xidmət məntəqəsi fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 3 d. əvvəl
-
- 12 d. əvvəl
- 16 d. əvvəl
-
33 d. əvvəl
Azərbaycana 4 ayda təxminən 100 milyon dollarlıq buğda idxal olunub -10 FAİZ ARTIB
- 55 d. əvvəl
-
58 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Rəsmi məzənnələr açıqlandı
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Kərə yağı idxalı azalıb, bitki yağlarının idxalı isə artıb
Ən çox oxunanlar
Süd və qaymaq idxalı 54,9% artıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb























