Bakıda “Xəzəri Qoruyaq!” kampaniyasının yekun aksiyası keçiriləcək
Kampaniyanın yekun aksiyası isə sentyabrın 21-də Bakıda — Xəzərin Novxanı çimərliyində keçiriləcək.(®) Coca-Cola və tərəfdaşları növbəti dəfə “Xəzəri Qoruyaq!” adlı genişmiqyaslı ekoloji aksiyaya start verib.
Ölkənin bir sıra nüfuzlu şirkətləri, dövlət qurumları və qeyri-hökumət təşkilatlarının əməkdaşları və könüllüləri Xəzər dənizi sahillərini tullantılardan təmizləmək üçün artıq 15-ci ildir ki, kampaniyaya qoşulurlar.
“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan və sentyabrın 7-dən 21-nə qədər davam edəcək aksiya Xəzərin Lənkəran çimərliklərindən Bakı çimərliklərinə qədər sahilboyu əraziləri əhatə edir. Artıq aksiyanın regionlar hissəsi başa çatıb.
Regionlar üzrə toplanan tullantı həcmi aşağıdakı kimidir:
-7 sentyabrda Lənkəran/Astara çimərliklərindən ümumilikdə 880 kq tullantı
-10 sentyabrda Xaçmaz çimərliklərindən 700 kq tullantı
-12 sentyabrda Şabran çimərliklərindən 550 kq tullantı
-14 sentyabrda Siyəzən çimərliklərindən 800 kq tullantı
-16 sentyabrda Sumqayıt çimərliklərindən 300 kq tullantı
“Xəzəri Qoruyaq!” şüarı ilə keçirilən ekoloji aksiya bütün dünyada qeyd edilən Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində təşkil edilir. Kampaniyanın məqsədi ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin bu sahədə maarifləndirilməsi və ətraf mühitə məsuliyyətli yanaşma vərdişlərini təbliğ etməkdir. Aksiya zamanı toplanacaq tullantılar çeşidlənərək təkrar emala göndərilir.
“EcoHub” ictimai birliyinin təşkilatçısı olduğu aksiyanın əsas tərəfdaşları Coca-Cola, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “Carlsberg Azerbaijan”, “Baker Huges”, “Bakcell”, “AmCham”, “Global Media Group” və “McDonald's” şirkətləridir.
Aksiyaya dəstək olan digər tərəfdaşlar isə ADRA, “PwC Azərbaycan”, Təmiz Şəhər, Port of Baku, ABŞ-nin Azərbaycandakı Səfirliyi, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası, “ASAN Könüllüləri” Təşkilatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Skautlar Assosiasiyası, Yaşıl ASAN, Freken Bok, "ABŞ Təhsilli Azərbaycan Məzunları" ictimai birliyi, Global Shapers Shamakhi Hub, Liv Bona Dea Hospital, Smile və Azərbaycan Jurnalistlər Şəbəkəsidir.
Kampaniyanın yekun aksiyası isə sentyabrın 21-də Bakıda — Xəzərin Novxanı çimərliyində keçiriləcək.
Xatırladaq ki, “Xəzəri Qoruyaq!” şüarı ilə keçirilən ekoloji aksiya bütün dünyada qeyd edilən Beynəlxalq Sahilyanı Təmizlik günü çərçivəsində təşkil edilib. 1986-cı ildə təsis edilən Beynəlxalq Sahilyanı Təmizlik Günü dünyanın 100-dən çox ölkəsində qeyd olunur. Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı beynəlxalq könüllü hərəkatı Azərbaycanda “Xəzəri Qoruyaq!” şüarı ilə artıq 15 ildir ki, iştirak edir. Bu kampaniya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 66 hektardan çox ərazisi təxminən 50 ton məişət tullantısından təmizlənib.
Qeyd edək ki, aksiyanın sosial şəbəkələrdəki hesabından (@xezeriqoruyaq) aksiyanın keçiriləcəyi əraziyə qədər nəqliyyat servisi və digər məsələlər barədə ətraflı məlumat əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 23 d. əvvəl
-
-
29 d. əvvəl
Nazir müavini: "2030-cu ilə qədər mal əti istehsalının 20 %-dən çox artırılması hədəflənir"
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük Komitəsinin büdcə öhdəliyini yerinə yetirə bilməməsinin səbəbləri məlum olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bank Respublika “Ümumdünya Qan Donoru Günü” ərəfəsində ənənəvi qanvermə aksiyası keçirib
-
2 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
2 saat əvvəl
FAB boya ixrac xəritəsini genişləndirir: növbəti hədəf- Şimali Afrika və Yaxşı Şərq bazarı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 1 GÜN
"Dövlət müəssisələri daha çox dividend ödəyə bilər"
Əliyev Putini təbrik etdi
AzVak-da yeni iş elanları - SİYAHI
Ən çox oxunanlar
Bank Respublika “Ümumdünya Qan Donoru Günü” ərəfəsində ənənəvi qanvermə aksiyası keçirib
FAB boya ixrac xəritəsini genişləndirir: növbəti hədəf- Şimali Afrika və Yaxşı Şərq bazarı
ABŞ “İranla müharibə ilə bağlı böyük bir razılaşma əldə edib” və bu, “sənədlərin yekunlaşdırılmasına” bağlıdır
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Avrozonada 2023-cü ildən bəri ilk dəfə faiz artırılıb



















