Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ Federal Ehtiyatlar Sisteminin press-relizinə görə, sentyabr iclasının nəticələrinə əsasən çərşənbə günü FED 2020-ci ildən bəri ilk dəfə olaraq faiz dərəcəsini 50 baza bəndi azaldaraq illik 4.75-5%-ə endirib. Qeyd etmək lazımdır ki, ekspertlər tənzimləyici qurumun uçot dərəcəsini illik 5-5.25%-ə qədər azaldacağını proqnozlaşdırmışdılar.
FED ötən ilin iyul ayında faiz dərəcəsini illik 5.25-5.5%-ə qaldırmışdı. Növbəti səkkiz iclasda tənzimləyici qurum uçot dərəcəsini olduğu səviyyədə saxlayıb. Federal Ehtiyatlar Sisteminin Federal Açıq Bazar Komitəsi inflyasiya ilə bağlı irəliləyişlər və risk balansını nəzərə alaraq, faiz dərəcələrini azaltmaq qərarına gəldiklərini bildirdi. Həmçinin, qeyd olunub ki, iqtisadi fəallıq yüksək templə genişlənməkdə davam edir. İş yerlərinin artım tempi yavaşlayıb və işsizlik səviyyəsi artıb. İnflyasiya isə Komitənin 2%-lik hədəfinə doğru irəliləyib, lakin, bir qədər yüksək olaraq qalır.
FED-in faiz qərarı fonunda ötən gün əsas valyuta cütlüklərində və qızılın qiymətində yüksək volatillik müşahidə olunub. Belə ki, EUR/USD cütlüyü 1.1188 həddini test etdikdən sonra, bir neçə saat ərzində 1.1068 həddinə qədər ucuzlaşıb. Hal-hazırda avro/dollar məzənnəsi bahalaşaraq 1.1128 səviyyəsində ticarət olunur. USD/JPY cütlüyü 143.940 səviyyəsini test etdi. Bugün səhər saatlarında bir qədər ucuzlaşan məzənnə 142.800 səviyyəsində qərarlaşıb.
Qızılın qiyməti FED-in iclasının nəticələrinin dərc olunmaasından sonra yeni tarixi rekorda çatıb. Dəyərli metalın spot qiyməti 2600$ səviyyəsini test edib. Bundan sonra ucuzlaşmağa başlayan dəyərli metal 2547$ səviyyəsinə qədər geriləyib, lakin, öz mövqelərini bir qədər bərpa edərək 2568$ səviyyəsinə qədər yüksəlib. Qeyd etmək lazımdır ki, 2024-cü ilin əvvəlindən bəri qızılın qiyməti 20%-dən çox bahalaşıb.
Dünən “Eurostat”-ın verdiyi məlumata əsasən, Avrozonada avqust ayında illik inflyasiya əvvəlki ay ilə müqayisədə 2.6%-dən 2.2%-ə qədər enib və 2021-ci ilin iyul ayından bəri ən aşağı səviyyədə qərarlaşıb. Əlavə olaraq, avqustun sonunda Böyük Britaniyada illik inflyasiya bir ay əvvəl olduğu kimi, 2.2% təşkil edib. ABŞ-da yeni tikilən evlərin sayı isə iyul ayı ilə müqayisədə avqust ayında 9.6% artaraq 1.356 milyon təşkil edib.
Cümə axşamı Bakı vaxtı ilə saat 15:00-da İngiltərə Bankının faiz qərarı açıqlanacaq. Analitiklərin fikrincə, cümə axşamı keçiriləcək iclasda tənzimləyici qurum faiz dərəcəsini illik 5% səviyyəsində saxlayacaq.
Həmçinin, ABŞ-ın Əmək Departamenti sentyabrın 14-də bitən həftə üzrə işsizlik müavinəti almaq üçün müraciət edənlərin sayı barədə məlumatları dərc edəcək. Analitiklər göstəricinin dəyişmədiyini və 230 min səviyyəsində qaldığını ehtimal edirlər. Bakı vaxtı ilə saat 18:00-da isə Milli Rieltorlar Assosiasiyası (NAR) ABŞ-ın təkrar mənzil bazarında ev alqı-satqı əməliyyatlarının sayı barədə hesabat dərc edəcək. Mütəxəssislər proqnoz edirlər ki, avqust ayında göstərici 3.95 milyondan 3.9 milyona qədər enib.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
Hər kəs “Capital Partners”in ofisinə yaxınlaşmaqla "PAŞA Bank"ın səhmlərinə abunə yazıla bilər - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub
- 10 saat əvvəl
-
10 saat əvvəl
2 otaq studiyadan 4 otaqlıya qədər: “Park Yasamal”da yeni mənzillər satışdadır!
-
11 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət - 5 milyon manatlıq boru istehsalı layihəsi
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Naxçıvan şəhərində yeni tikiş fabriki fəaliyyətə başlayıb
"SpaceX" IPO üçün səhm qiymətini 135 dollar müəyyənləşdirib — şirkətin dəyəri 1,77 trilyon dollar qiymətləndirilir
Ən çox oxunanlar
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
İyunun 5-nin hava proqnozu - 32 dərəcəyədək isti gözlənilir
Yollarda yeni tanınma nişanı olacaq
Nazir müavini: Avtonom nəqliyyat vasitəsinin qəza törətməsi ilə bağlı hüquqi tənzimləmələrə ehtiyac olacaq
Hər kəs “Capital Partners”in ofisinə yaxınlaşmaqla "PAŞA Bank"ın səhmlərinə abunə yazıla bilər - MÜSAHİBƏ
Yayın ilk böyük endirimi!


















