Mərkəzi Bank 4 şirkətə lisenziya verdi - ADLARI
Mərkəzi Bank tərəfindən müvafiq təşkilatlara elektron pul təşkilatı, ödəniş təşkilatı və ödəniş sistemi operatoru fəaliyyətini həyata keçirmək hüququ verən lisenziyalar verilib“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair Mərkəzi Banka müraciət etmiş təşkilatların qiymətləndirilməsi həyata keçirilməkdədir.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu istiqamətdə aparılan işlər çərçivəsində Mərkəzi Bankın İdarə Heyətinin 12 sentyabr 2024-cü il tarixli Qərarı ilə “K Group” MMC-yə elektron pul təşkilatı, “M.A.X Sistemləri Plyus” MMC və “Cibpay” MMC-yə ödəniş təşkilatı, həmçinin “Azərikard” MMC-yə isə elektron pul təşkilatı və ödəniş sistemi operatoru fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub.
Qeyd edilib ki, Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etməkdədir. Ödəniş xidmətlərinin həyata keçirilməsi üzrə verilən lisenziyalarla bağlı məlumatlar Mərkəzi Bankın internet səhifəsi vasitəsilə açıqlanır.
Qeyd edək ki, indiyədək “A-Solutions Elektron Pul Təşkilatı” MMC, “United Payment” MMC, “Modenis” MMC, “PashaPay” MMC, "Mobile Payment Solutions" MMC, "Mpay" QSC, "Paysis" MMC, "PulPal" MMC, "Qoldenpey" ASC, “K Group” MMC, “Azərikard” MMC elektron pul təşkilatı, “Token Azərbaycan” MMC, "Global İnnovations" MMC, "Drakaris" MMC, "Multi Solutions" MMC, “M.A.X Sistemləri Plyus” MMC, “Cibpay” MMC ödəniş təşkilatı, “Azərikard” MMC ödəniş sistemi lisenziyası alıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 21 d. əvvəl
-
- 35 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
2 saat əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Hind rupisinə zərbə: Tarixi minimumda
10-dan çox neft tankeri İran tərəfindən vurulub
Azərbaycan neftinin son qiyməti
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
“PAŞA Həyat Sığorta”da yeni təyinat
Ən çox oxunanlar
SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir
Rəsmi məzənnələr açıqlandı

























