Avstraliya bankından qızılın qiymətilə bağlı proqnoz
Avstraliyanın "ANZ Group Holdings Ltd" bankı qızılın rekord qıran qiymət artımının davam edəcəyini və gələn ilin sonuna kimi qiymətin bir unsiya üçün 2900 dollara çatacağını proqnozlaşdırıb.
Marja.az xəbər verir ki, proqnozda, FED-in yumşaq pul siyasəti dövrü (faiz azaldacağı gözlənilir), mərkəzi bankların alışları və "təhlükəsiz liman" alışlarının bahalaşmaya səbəb olduğu qeyd edilib.
ANZ analitikləri qiymətləndirmələrində, "Qızıl bir neçə dəfə rekord həddə çatdıqdan sonra daha da yüksəlməyə hazırdır. Qarşıdakı monetar yumşalma, zəif ABŞ dolları və davam edən geosiyasi gərginlik əsas dəstəkləyici qüvvələr sırasındadır", qeyd ediblər.
Qızıl bu il 20 faizdən çox bahalaşıb.
Faizsiz aktiv olan qızıl üçün aşağı faiz dərəcələri müsbət olduğu üçün qiymətlərin daha da yüksəlməsi potensialı var.
Hazırda qızılın unsiyası 2580 dollardan ticarət olunur. Əgər "ANZ Group Holdings Ltd" bankının proqnozu doğru çıxarsa, bu, qızılın əlavə 12 faiz bahalaşması demək olacaqdır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 23 saat əvvəl
-
- 23 saat əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























