Dünya İqlim Fondunun icraçı direktoru KOBİA-nın fəaliyyətini yüksək qiymətləndirib
Bu gün Bakıda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə "Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu" mövzusunda konfrans keçirilib.
Konfransda Dünya İqlim Fondunun icraçı direktoru Yens Nilson çıxış edib.
Bu barədə Dünya İqlim Fondunun təmsilçisi Ülviyyə Cəlilzadə məlumat verib.
Ü.Cəlilzadə bildirib ki, Dünya İqlim Fondunun icraçı direktoru Yens Nilson konfransda çıxışı zamanı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin əhəmiyyətini vurğulayıb.
Yens Nilson ölkəsi olan Danimarkada da kiçik və orta biznesin inkişafına dəstək olan agentliyin olduğunu bildirib: “Ümumiyyətlə kiçik və orta biznesin yaşıl iqtisadiyyata çox böyük töhfə verir. Belə ki, orta və kiçik sahibkarlar yenilikçi və çevikdirlər. Bu da sahibkarlara yaşıl iqtisadiyyat daxilində artan imkanlara uyğunlaşmaq və onlardan yararlanmaq imkanı verir. Sadəcə olaraq Azərbaycanda kiçik və orta sahibkarlara maliyyə institutları dəstək olmalıdır ki, onlar bu sahədə daha sürətlə inkişaf edə bilsinlər”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 3 saat əvvəl
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
5 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
6 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb



















