ABB-də bank xidmətlərindən rəqəmsal şəxsiyyət vəsiqəsi ilə istifadə etmək olar
(®) Müştərilərin işini asanlaşdıran ABB bu istiqamətdə hər yeni imkanı dəyərləndirməyə çalışır. Artıq ABB filiallarında müştərilərin şəxsiyyət vəsiqələrini fiziki olaraq təqdim etmələrinə gərək yoxdur. Müştərilər ABB filiallarında “mygov” tətbiqi vasitəsilə rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edib lazımi xidmətlərdən faydalana bilərlər.
Şəxsiyyəti təsdiqləyən bütün məlumatlar “mygov” tətbiqi üzərindən təqdim edilir. Beləliklə, şəxsiyyət vəsiqəsinin fiziki olaraq saxlanılması kimi xüsusi istisna hallar nəzərə alınmazsa, müştəridən fiziki olaraq şəxsiyyət vəsiqəsi tələb etməyə daha ehtiyac qalmır.
Bunun üçün, “mygov” tətbiqində şəxsiyyət vəsiqəsinə aid QR kodu və ya 8 simvollu unikal kodu bank əməkdaşına təqdim etmək kifayətdir.
ABB bu imkanı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlıq əsasında yaradıb.
Xatırladaq ki, 16 iyul 2024-cü il tarixində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanuna edilən dəyişikliyə əsasən, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim oluna (əldə edilə) bilər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 3 saat əvvəl
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
5 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
6 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb


















