Avro güclü göstəricilərdən sonra bahalaşdı
Avro/dollar məzənnəsi, Almaniya və Avro Bölgəsində güclü çıxan emal göstəricisinin və Draghi-nin çıxışının ardından istiqamətini yuxarıya çevirib.
“İHS Markit”in Çərşənbə günü açıqladığı məlumata görə, Avro Bölgəsi emal PMI Avqust ayında İyul ayındakı 56.6 səviyyəsindən 57.4-ə yüksələrək iki ayın zirvəsinə çıxıb. Proqnozlar emal sektorunda artımın ləngiyəcəyi istiqamətində idi.
"Marja" xəbər verir ki, 19 ölkədən ibarət olan Avro Zonasının iqtisadiyyatı, daha çox üzv ölkədə iqtisadi inkişafın başlaması ilə ikinci rübdə daha sürətli artıb. Sabit bir şəkildə azalan işsizlik və biznes etibarının 10 ilin ən yüksək səviyyəsinə çatması mərkəzi bankın hədəfindən hələ də aşağı qalan inflyasiyanın artacağına inamı artırıb.
"IHS Markit", emal sektorunun, ixrac sifarişlərinin altı ildən çox müddətin ən sürətli artımını qeyd etməsilə performans göstərdiyini bildirib.
"IHS Markit"in Çərşənbə günü açıqladığı məlumata görə, Avropanın ən böyük iqtisadiyyatı Almaniyada emal PMI Avqust ayında 59.4-ə yüksələrək 57.6 istiqamətindəki proqnozdan yüksək olub. Ölkədə xidmət PMI da 53.4-ə yüksələrək gözləntiləri aşıb.
İki sektorda də qeyd edilən artım, Almaniya iqtisadiyyatının 2017-ci ildə 2011-ci ildən bu yana ilk dəfə 2%-dən çox artıma hazırlandığı işarələrini verib.
Avro, güclü çıxan göstəricidən sonra bahalaşıb. Avro/dollar məzənnəsi 0.2 faiz yüksəlib və 1.1784 dolları görüb.
Mario Draghi Almaniyada etdiyi çıxışında da Avroya dair mənfi sözlər deməyib və bu da Avronun bahalaşmasına təsir edib.
PMİ - Şirkətlərin satınalma menecerlərinin mal və xidmət satınalma meyllərini tədqiq edən bir göstəricidir. Bu göstərici sorğu əsasında müəyyən edilir. 50 səviyyəsində yuxarı səviyyələr inkişafa işarə edir.
Müştərilərin xəbərləri
AccessBank-dan fərdi bankçılıqda yeni mərhələ: VIP Club rebrendinq edilərək “Private Banking”ə çevrildi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
4 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
-
1 saat əvvəl
Gələcəyin iqtisadçıları üçün müasir yatırım dərsləri: İnvestAZ mütəxəssislərindən Master Klass
- 1 saat əvvəl
-
1 saat əvvəl
EGA şirkəti Legal 500 və ACCA tərəfindən beynəlxalq səviyyədə tanınıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Səyahət xidmətlərində yeni mərhələ: SABRE və ABB əməkdaşlığı
-
2 saat əvvəl
“Azerconnect Group” və “NVIDIA” arasında tərəfdaşlıq müqaviləsi imzalanıb
-
2 saat əvvəl
"AccessBank" “VIP Club” məhsulunu “Private Banking” məhsuluna çevirib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Səyahət xidmətlərində yeni mərhələ: SABRE və ABB əməkdaşlığı
Ən çox oxunanlar
Mərkəzi Bank sığorta şirkətinin lisenziyasını ləğv etdi
"Azərpoçt"a yeni rəhbər təyin edilib
“Azərpoçt"un rəhbəri işdən çıxıb
“AzInTelecom”un superkompüter infrastrukturundan istifadə genişlənir
“AtaSığorta” ləğv edilir - portfeli "Atəşgah Sığorta"ya ötürülüb















.jpg)







