Formula 1 müddətində bəzi əsas yollar istifadə üçün açılacaq
Bakıda keçiriləcək növbəti Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 müddətində yarış həftəsi trekin əhatə etdiyi bəzi yollar əhalinin istifadəsi üçün açılacaq.
Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.
Qeyd edilib ki, yarış zolağının aşağıda qeyd olunan giriş və çıxış hissələri bazar ertəsi 9 sentyabr tarixindən cümə axşamı 12 sentyabr tarixinədək müəyyən saatlarda nəqliyyatın hərəkətinə açıq olacaq.
Giriş nöqtələri:
Salyan şosesindən Neftçilər prospekti və Azneft dairəsi istiqamətində.
M. Lermontov küçəsindən BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət küçəsi istiqamətində.
S. Vurğun küçəsindən Ü. Hacıbəyli küçəsi və Bülbül prospekti istiqamətində.
Bülbül prospektindən Xəqani küçəsi və Neftçilər prospekti istiqamətində.
Nizami və Puşkin küçələrinin kəsişməsindən Xəqani küçəsi istiqamətində.
Çıxış nöqtələri:
Neftçilər prospektindən Bakı Dəniz Limanı, Port Baku Mall və Crescent Mall istiqamətində.
İstiqlaliyyət küçəsindən Azərbaycan prospekti istiqamətində.
Neftçilər prospektindən Azneft dairəsi, Dəniz Mall və Salyan şosesi istiqamətində.
Belə ki, 9-10-11 sentyabr tarixlərində səhər saat 07:00-dan 09:00-dək, axşam saat 18:00-dan 20:00-dək yuxarıda qeyd olunan yollarda nəqliyyatın hərəkəti dayanma və durma olmadan sərbəst olacaq.
12 sentyabr tarixində sözügedən yollar səhər saat 07:00-dan 09:00-dək, axşam isə saat 20:00-dan 22:00-dək açıq olacaq.
BŞH sürücülərə bildirir ki, qeyd olunan yollar yalnız tranzit koridoru kimi istifadə ediləcək. Həmçinin fövqəladə hallar istisna olmaqla, Tranzit dəhlizləri açıq olduğu zaman, nəqliyyat vasitələrinin parklaması, sərnişin minmə və enməsi qadağandır. Bundan başqa, həmin yollarda ağır tonnajlı yük maşınlarının və ictimai nəqliyyatın hərəkəti istisna edilir.
Qeyd edək ki, sözügedən yollarda sürət həddi 50 km/saat olaraq müəyyən edilib. Bu yollardakı nəqliyyatın hərəkətini BŞH və aidiyyəti güc strukturları birgə tənzimləyəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
6 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















