207 təmirli mənzili vətəndaşlara təqdim olunur - aylıq ödənişlər 448 manatdan başlayır
Yeni mənzillər seçim üçün 11 sentyabr 2024-cü ildən etibarən açıq olacaq.İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yaşayış kompleksində daha 207 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edir.
Marja.az Fonda istinadən xəbər verir ki, yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 448 manatdan başlayır.
Yeni mənzillər seçim üçün 11 sentyabr 2024-cü ildən etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə aşağıda tanış ola bilərlər.
Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir.
Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsi (www.mcgf.gov.az) və rəsmi Youtube kanalı, həmçinin “1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür.
Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 5300-dən çox vətəndaş və ya ailə özünün mənzil şəraitini yaxşılaşdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Avropadan Azərbaycan vətəndaşının kartına sürətli və sərfəli pul köçürmələri mümkün oldu
- 6 saat əvvəl
-
6 saat əvvəl
2024-cü ildə ABŞ iqtisadiyyatının artımı proqnozu aşağı salınıb
- 7 saat əvvəl
-
9 saat əvvəl
"Gardashlar Mebel"in smart masası ilə sağlamlığınızı qoruyun - Rəhbərlərə çağırış
-
9 saat əvvəl
“McDonald’s Azərbaycan” və DSMF şəhid övladlarını məktəb ləvazimatları ilə təmin edib - FOTO
-
10 saat əvvəl
“Azərikard” ilk ödəniş sistemi lisenziyası alan təşkilat oldu
-
11 saat əvvəl
"Bakcell"dən abunəçilərə geniş seçim imkanı verən "Star" tarifi
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Kristal Bakı" şirkətinin səhmlərinə 3 investor 3 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 11 saat əvvəl