"Gözəllik" ilə sərgilər mövsümü start götürür
Cari ilin sentyabr ayında Azərbaycanda növbəti ticarət-sənaye sərgiləri mövsümü start götürür.
Bu il “ItecaCaspian” şirkəti 7 beynəlxalq sərginin keçirilməsiniplanlaşdırıb.
Azərbaycan Respublikasının dövlət strukturlarının dəstəyi ilə keçirilən bütün bu sərgilərin mövzusu iqtisadiyyatın qeyri-neft sektorunu ehtiva edir.
Yeni sərgi mövsümü 23-cü Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2017”və 11-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb “Beauty Azerbaijan 2017” sərgiləri ilə açılacaq. Bu sərgilər 28-30 sentyabr tarixində Bakı Ekspo Mərkəzində keçiriləcəkdir.
Sərgilərin ümumi ekspozisiyasında 100-dən artıq iştirakçının bir araya gəlməsi gözlənilir. Bu iştirakçılar arasında Azərbaycan, Almaniya,Belarus, Çin,Hindistan, İtaliya, İran, İsveçrə, Litva, Polşa, Rusiya, Türkiyə, Ukrayna, və digər ölkələri təmsil edən şirkətlər yer alır. “BIHE” sərgisində xarici istehsalçılarla yanaşı, nəhəng dünya istehsalçılarının tərəfdaşı olan “BTL Industries”, “Labservis”, “Planeta” və tibbi avadanlıq və dərman vasitələrinin digər yerli distribyutorları da iştirak edəcək. Bu il sərgidə tibbi və laboratoriya avadanlıqları (məs.: əməliyyat masaları üçün avadanlıqlar, plastik cərrahiyyə üçün lazer avadanlıqları), farmakoloji preparatlar, tibbi alətlər, eləcə də farmakoloji avadanlıqlar təqdim ediləcək.
Sərgi çərçivəsində geniş işgüzar proqram planlaşdırılıb, belə ki, sərgi çərçivəsində ilk dəfə olaraq Həkimlər Konqresinin keçirilməsi nəzərdə tutulur. Konqres müxtəlif səhiyyə sahələrini təmsil edən aparıcı həkimlərin iştirakı ilə bir neçə panel müzakirədən ibarət olacaq.
Təşkilatçılar sərginin ikinci iş günündə eksponentlər ilə yerli istehsalçılar və distribyutorlar üçün seminar keçiriləcək və bu tədbir bazar iştirakçıları arasında birbaşa görüş və danışıqlar üçün əlavə səmərəli işgüzar platformaya çevriləcəkdir. Seminarın keçirilməsində məqsəd sərgi iştirakçılarına yerli şirkətlər ilə səmərəli işgüzar münasibətlərin qurulmasında, ziyarətçilərə isə öz distribyutor şəbəkələrini genişləndirməkdə kömək etməkdir.
Hər il “Beauty Azerbaijan” sərgisi dünyanın müxtəlif ölkələrini təmsil edən sənaye peşəkarlarını cəlb edərək, onlara yerli bazara çıxmaq imkanı yaradır. “Beauty Azerbaijan 2017” sərgisində peşəkar kosmetik vasitələr, gözəllik salonları üçün avadanlıqlar və kosmetoloji aparatlar təklif edən Azərbaycan, ABŞ, Rusiya, İtaliya və Koreya şirkətləri iştirak edəcək. Sərgi çərçivəsində ustad dərsləri (“master-klass”) və “B2B” formatlı görüşlərin keçirilməsi də planlaşdırılır.
Sərgi mövsümünü daha sonra 23-cü Azərbaycan Beynəlxalq İnşaat “WorldBuild Baku 2017”, 10-cu Yubiley Beynəlxalq İstilİk, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf Mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji sərgisi “Aquatherm Baku 2017” və 10-cu Yubiley Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri sərgisi “SecurikaCaspian2017” sərgiləri davam etdirəcək (18-21 oktyabr).
Beləliklə, Azərbaycanın paytaxtını bir daha biznes sahəsində yeni məhsulların təqdimatı və gələcək planların elan edilməsi, eyni zamanda, dərhal rəy və təkliflərin əldə olunmasına imkan verən zəngin ixtisaslaşmış sərgilər mövsümü gözləyir. Sərgilər köhnə əlaqələrin dəstəklənməsi və möhkəmləndirilməsi üçün əla platforma, eləcə də yeni tanışlıqların və işgüzar münasibətlərin yarandığı məkandır. Sərgilər brendinq baxımından da çox vacibdir, çünki sənaye sərgiləri həm də iştirakçılara baxış, eləcə də görülmüş işlər və onların nəticələri barədə hesabatdır. Bundan başqa, bu tədbirlər elektron yazışma və zənglər vasitəsi ilə uzun müddət cavabsız qalan çoxsaylı texniki və kommersiya məsələlərini birbaşa danışıqlar çərçivəsində və qısa vaxt ərzində həll etməyə imkan verən məkandır. Bu baxımdan, heç də təsadüfi deyil ki, sərgiləri “əl sıxılan məkan” da adlandırırlar.
Artıq bütün sərgilərin veb-saytlarında elektron qeydiyyata start verilib. Ziyarətçi sərginin veb-saytında elektron qeydiyyatdan keçməklə, üzərində bar-kod olan elektron bilet əldə edə bilərlər. Bu bar-kod “FastTrack” xidmətindən (xüsusi qeydiyyat xidmətindən) istifadə etməyə və qeydiyyat vaxtını əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. Ziyarətçilər üçün sərgilərə giriş pulsuzdur. Bütün sərgilər və burada ziyarətçi və iştirakçılara təklif olunan xidmətlər barədə daha ətraflı məlumatı www.iteca.az veb-saytından, eləcə də sərgilərin sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz. 2017-ci ildə “ItecaCaspian” şirkətinin tərəfdaşları arasında “PremierTour” (rəsmi turoperator), eləcə də “HyattRegency” və “Qafqaz Point Hotel” (rəsmi otellər), habelə “AzExpoMontage” (rəsmi montajçı) şirkətləri yer alır.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
9 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
9 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
-
10 saat əvvəl
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Ən çox oxunanlar
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!




















