AZAL Bakıdan Maldiv adalarına biletin qiymətlərini açıqlayıb
Bakı-Male-Bakı biletinin qiyməti noyabr ayı üçün 1000 manatdan yüksəkdir.Xəbər verdiyimiz kimi, "Azərbaycan Hava Yolları" aviaşirkəti tarixində ilk dəfə olaraq Bakıdan Maldiv adalarına birbaşa uçuşlar həyata keçirəcək. Bakıdan Maldiv Respublikasının paytaxtı Male şəhərinə ilk reys noyabrın 8-nə planlaşdırılıb. Uçuşlar həftədə iki dəfə ‒ cümə və bazar günləri yerinə yetiriləcək.
Marja.az-ın məlumatına görə, ilk reysə (8 noyabrda) yalnız bir istiqamətə (Bakı - Male) biletin qiyməti 695 manatdan başlayır (günorta saatlarında bu qiymət 620 manat idi). 10,15, 17, 22, 24 və 29 noyabr tarixləri üçün isə yalnız bir istiqamətə (Bakı - Male) biletin qiyməti 620 manatdan başlayır.
Gediş-qaydış biletini birgə aldıqda isə qiymət daha münasib olur. Məsələn, Noyabrın 8-i gediş, Noyabrın 11-i qayıdış seçilərsə, cəmi gediş-qayıdış qiyməti 1077 manatdan başlayacaqdır (büdcə tarifi). 16 noyabrda gedişi, 23 noyabrda qayıdışı seçdikdə isə 1 sərnişin üçün qiymət 1016 manatdan başlayır.
Biznes tarifi üzrə yalnız bir istiqamətə qiymət isə 3197 manat təşkil edir.
Hazırda Dekabrın 1-15-i tarixləri arasındakı reyslərə yalnız bir istiqamət üzrə 562 manata bilet almaq mümkündür. Bu tarixlər üzrə gediş-qayıdış biletini 920 manatdan başlayan qiymətlərə də almaq mümkündür.
Yeni ilə yaxın günlər üçün isə bilet qiymətləri xeyli yüksəkdir. Məsələn, 29 dekabr 2024-cü il tarixinə biletin qiyməti 1392 manatdan başlayır. 19 Yanvar 2025-ci il tarixindən başlayaraq reyslərə qiymət 561,2 manatadək enir.
Qeyd edək ki, biletlərin qiymətləri təlabatdan asılı olaraq dəyişə bilər.
Bakı-Male reysinin müddəti 6 saat 5 dəqiqə təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
9 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















