Rabitəbankın qadın əməkdaşları ilə “Gender bərabərliyi” mövzusunda görüş keçirilib
(®) Müasir dünyada hər bir sahənin uğurlu inkişafında “Gender bərabərliyinin” nəzərə alınması olduqca önəmlidir. Çünki bu bərabərliyin təmin olunması qadınların və kişilərin bütün sahələrdə eyni imkanlarla təmin olunmasını ön plana çəkir.
Bu tendensiyanın davamlı olması və qadınların daha gözəl cəmiyyət üçün çalışması məqsədilə 31 Avqust 2024-cü il tarixində, cəmiyyətdə qadınların rolunun gücləndirilməsi istiqamətində təşəbbüsləri ilə hər zaman fərqlənən Rabitəbankın təşkilatçılığı ilə “Aramızda var zərif rabitə” layihəsinin ilk görüşü keçirilmişdir.
Görüşün təşkil edilməsində əsas məqsəd Rabitəbankın qadın əməkdaşlarının işgüzar fəallığının artırılması, karyera inkişafı, onların müstəqil qərarvermə qabiliyyətlərinin və gələcəkdə bankda rəhbər vəzifələrə təyin olunmalarına inamın formalaşdırılması olub.
Görüşün mentoru Dünya Bankının Baş Gender Bərabərliyi üzrə məsləhətçisi, ADA Universitetinin İcra Təhsili Proqramının fakültə üzvü, BMT-nin Azərbaycan Rezident Koordinatorunun Ofisində Tərəfdaşlıqlar və İnkişaf Maliyyəsi üzrə mütəxəssis Şəmsiyyə Mustafayeva öz çıxışında qeyd edib ki, Azərbaycanda gender bərabərliyinin təmin edilməsi daima dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Azərbaycan tarixinin bütün mərhələlərinə nəzər salsaq görərik ki, qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak ediblər.
Bundan əlavə o, xanımlara iş fəaliyyətlərində üzləşdikləri aktual çətinliklərin həlli yolları, karyera pillələrində uğur qazanmağın sirləri, liderlik bacarıqlarının və özünü qiymətləndirmə amillərinin formalaşdırılması, şəxsi həyat və karyera balansını qorumaq və digər mövzular haqqında məlumatlar verib.
Qeyd etmək istərdik ki, Azərbaycanın aparıcı banklarından biri olan Rabitəbank xanımların peşəkar bilik və bacarıqlarının artırılmasına, karyera irəliləyişinə, eləcə də sahibkarlıq fəaliyyətində gender bərabərliyinin qorunmasına xüsusi önəm verir.
Belə ki, Bank, son illər ərzində iş mühitində qadınların peşəkar inkişafına istiqamətlənmiş tədbirlərin tərəfdaşı qismində çıxış edib.
Buna misal olaraq, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Rabitəbank” ASC-nin birgə təşkilatçılığı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və “Marsol Group”un tərəfdaşlığı ilə həyata keçirilən “Biznesdə qadınların gücü” layihəsini qeyd edə bilərik.
Layihənin məqsədi, qadın sahibkarların ölkə iqtisadiyyatındakı rolunun artırılmasına dəstək göstərmək, maarifləndirmə və güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində əlaqələrin qurulmasına şəraitin yaradılması olub.
Sonda qeyd etmək istərdik ki, “Aramızda var zərif rabitə” layihəsi silsilə təlimlər şəklində davam edəcək.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 4 d. əvvəl
-
52 d. əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
-
1 saat əvvəl
Mərkəzi Bank “Paysis” və “Greentek Group” şirkətləri haqqında yeni məlumat yayıb
- 1 saat əvvəl
-
3 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 3 saat əvvəl
-
9 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
9 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
10 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Ən çox oxunanlar
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























